UNESCO rəsmisi: Rəqəmsal ünsiyyətdə insan amili unudulmamalıdır
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Biz başqalarını anlamaq üçün dinləməliyik. Lakin insanlar çox vaxt anlamaq üçün deyil, cavab vermək və ya mühakimə etmək üçün dinləyirlər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Stellenbosch Universitetində UNESCO-nun Mədəniyyətlərarası Kompetensiya üzrə kafedrasının rəhbəri Darla K. Deardorff VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, mədəniyyətlərarası kompetensiya yalnız fərqli məkanları tanımaq, texniki bacarıqlara yiyələnmək və ya hər hansı təlimdə iştirak etməklə məhdudlaşmır. Bu, insanların gündəlik həyatında, dünyaya münasibətində və başqaları ilə ünsiyyətində özünü göstərməlidir.
D.Deardorffun sözlərinə görə, mədəniyyətlərarası kompetensiyanın əsasını insanlıq və hər kəsə insan kimi yanaşmaq ideyasını ifadə edən “Ubuntu” fəlsəfəsi təşkil edir.
Məruzəçi rəqəmsal və üzbəüz ünsiyyətdə mədəniyyətlərarası kompetensiyanın bir neçə mühüm istiqamətinə diqqət çəkib. Onun fikrincə, ilk növbədə, insanları həqiqətən anlamaq üçün dinləmək lazımdır:
"Dinləyərkən qarşı tərəfə verəcəyimiz cavabı və ya onun dediklərinə münasibətimizi düşünmək əvəzinə, diqqətimizi birbaşa həmin insana yönəltməliyik".
O, ikinci mühüm məqamın fərqli baxış bucaqlarını anlamaq olduğunu vurğulayıb. Bildirib ki, hər kəs dünyanı özünəməxsus şəkildə görür və başqalarının düşüncələrini dərk etmək üçün bu fərqi nəzərə almaq vacibdir.
D.Deardorff rəqəmsal mühitdə özünü təhlil etməyin və tənqidi düşünməyin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, təqdim olunan məlumatları qiymətləndirərkən kimin baxışının əks olunduğunu, hansı biliklərin dəyərli hesab edildiyini və kimin səsinin eşidilmədiyini sorğulamaq lazımdır.
“Öz fərziyyələrimizi və qərəzlərimizi də sorğulamağı bacarmalıyıq”, – deyə məruzəçi vurğulayıb.
O, mədəniyyətlərarası ünsiyyətdə empatiyanın və insan amilinin qorunmasının vacibliyini də önə çəkib. D.Deardorffun sözlərinə görə, rəqəmsal ünsiyyət zamanı da insan mərkəzdə qalmalıdır.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 27 Oktyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















