Icma.az
close
up
RU
İsrail HƏMAS la razılığa gəldi: müharibə dayanır Trampdan AÇIQLAMA

İsrail HƏMAS la razılığa gəldi: müharibə dayanır Trampdan AÇIQLAMA

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS qruplaşmasının Qəzza münaqişəsinin dayandırılması istiqamətində razılığa gəldiyini elan edib.

Modern.az xəbər verir ki, tərəflər Misirdə keçirilən danışıqların nəticəsi olaraq Trampın təşəbbüs göstərdiyi sülh planının birinci mərhələsini imzalayıblar.

Tramp “Truth Social” platformasında yazıb ki, bütün girovlar çox tezliklə azad ediləcək: "İsrail isə razılaşdırılmış xəttə qədər geri çəkiləcək. Bu, davamlı və əbədi sülhə doğru ilk addımdır.”

O, bu hadisəni “ərəb və müsəlman dünyası, İsrail və ABŞ üçün böyük gün” adlandırıb və vasitəçi kimi iştirak edən Qətər, Misir və Türkiyəyə təşəkkür edib.

AFP-nin məlumatına görə, HƏMAS ilk mərhələdə sağ qalan 20 israilli girovu azad edəcək. Qruplaşmanın nümayəndələri müharibənin dayandırılmasını nəzərdə tutan razılaşmanın əldə edildiyini bildiriblər və Trampı İsraili “bütün öhdəliklərini yerinə yetirməyə məcbur etməyə” çağırıblar.

İsrail tərəfi razılaşma çərçivəsində hərbi qüvvələri razılaşdırılmış xəttə qədər geri çəkəcək və Qəzzaya humanitar yardımın girişinə icazə verəcək. BBC-nin yazdığına görə, ilkin mərhələdə gündə 400 humanitar yardım maşınının Qəzzaya daxil olmasına icazə veriləcək.

“Allahın köməyi ilə bütün vətəndaşlarımızı evə qaytaracağıq", - İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamasında deyilir

Məlumata görə, ABŞ Dövlət katibi Marko Rübio Trampa danışıqların yekunlaşmaq üzrə olduğu barədə yazılı qeyd çatdırıb. Danışıqlarda Trampın kürəkəni Cared Kuşner və xüsusi elçisi Stiv Uitkoff da iştirak edib.

Tramp “Fox News”a açıqlamasında deyib ki, girovların sərbəst buraxılması 13 oktyabrda baş verəcək:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Oktyabr 2025 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri