Icma.az
close
up
RU
İsrail İran müharibəsində bu metodlarla üstün oldu

İsrail İran müharibəsində bu metodlarla üstün oldu

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

"İsrailin 12 günlük İran müharibəsində tətbiq etdiyi yeni metodlar region üçün dərs olmalıdır".

Metbuat.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev deyib. Onun bildirib ki, İran ilə 12 günlük müharibə İsrailin yeni mübarizə üsullarını nümayiş etdirdi və bu məqamlar xüsusi diqqət tələb edir.

Ekspertin sözlərinə görə, İsrail ilk dəfə mövcud rəqəmsal platformaları, o cümlədən Vatsap və digər messencer yazışmalarını hücum vasitəsinə çevirməyi bacarıb. Bunun nəticəsində İranın idarəçiliyində iştirak edən hərbi-siyasi liderlərin yerdəyişmələri, iş və istirahət ünvanları, istifadə etdikləri avtomobillər və hətta şəxsi yazışmaları daimi nəzarət altında saxlanılıb.


Ədalət Verdiyev qeyd edib ki, Tehranın mərkəzində yüksək rütbəli iranlı komandirlərin şəxsi məkanlarda – hətta yataq otaqlarında belə məhv edilməsi İranın xüsusi rabitə sisteminin yararsız olduğunu və ya ümumiyyətlə mövcud olmadığını ortaya çıxarıb. Onun fikrincə, dövlət idarəçiliyində şifrəli rabitə vasitələrinin istifadədən kənarda qalması İranın ən böyük zəifliklərindən biridir:

"Bu müharibə zamanı İran ərazisi həm İsrailin yeni silahlı və hibrid mübarizə metodlarının, həm də ABŞ-nin bunker əleyhinə bombalarının sınaq meydanına çevrilib. Bu, müasir informasiya texnologiyalarının yaxın və orta perspektivdə baş verəcək müharibələrin əsas elementlərindən biri olduğunu göstərir".

Ekspert bildirib ki, Azərbaycan bu təcrübədən nəticə çıxarmalı, beynəlxalq İT şirkətləri və proqram təminatçılarla əməkdaşlığı gücləndirməli, həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin imkanlarını artırmalıdır.

Onun fikrincə, mövcud Rusiya və İran təhdidlərini neytrallaşdırmaq üçün Türkiyə, ABŞ, İsrail, Pakistan və digər tərəfdaşlarla birgə daha üstün imkanlara malik regional təhlükəsizlik çətiri qurulmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Avqust 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri