İsrail İrandakı hədəflərin yenilənmiş siyahısını təsdiqləyib
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
İsrail ABŞ-nin diplomatik danışıqlarının uğursuzluqla nəticələnməsi halında İrandakı enerji və infrastruktur obyektləri arasından yenilənmiş hədəflər siyahısını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə israilli iki mənbə CNN-ə bildirib.
"İsrail Trampın sonrakı addımlar barədə qərarını gözləyir, lakin ABŞ tərəfindən təsdiqlənməsi şərti ilə yaxın həftələr üçün əlavə planlarımız var", - mənbələrdən biri bəyan edib.
İkinci mənbənin sözlərinə görə, İsrail razılaşmanın əldə olunması ehtimalını skeptik qiymətləndirir. O əlavə edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla son təmasları zamanı atəşkəs barədə mümkün razılaşmalarla bağlı narahatlığını ifadə edib.
Qeyd olunub ki, İsrailin mövqeyinə görə, istənilən razılaşma İranın bütün zənginləşdirilmiş uranı təhvil verməsini və sonrakı zənginləşdirmədən tam imtinasını nəzərdə tutmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 Aprel 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















