Keçmiş məcburi köçkünlərə şad xəbər “Ata baba yurdlarında ev təklif ediləcək”
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Böyük Qayıdış ilə bağlı birinci Dövlət Proqramının icrası bu il başa çatacaq və növbəti Proqram 2027-2030-cu illəri əhatə edəcək.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr Zəfər Günü ilə bağlı çıxışında qeyd edib.
O bildirib ki, işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən həmin ərazilərimizdə ilkin mərhələdə nəqliyyat, sosial, kommunal və digər infrastrukturun formalaşdırılması zəruri idi:
"Bu müddətdə yalnız dövlət büdcəsindən həmin ərazilərimizin bərpasına 26 milyard manat vəsait ayrılıb. Zəfərdən keçən müddətdə işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3 min 720,5 kilometr təşkil edən 64 adda avtomobil yolunun tikintisi icra edilir. İndiyədək ümumi uzunluğu 1338 kilometr olan 17 avtomobil yolunun tikintisi tam başa çatdırılıb. Strateji əhəmiyyət daşıyan 3 beynəlxalq hava limanı istifadəyə verilib".
Deputat vurğulayıb ki, hazırda işğaldan azad olunan ərazilərimizdə 100 minə yaxın vətəndaşımız yaşayır, işləyir və təhsil alır:
"Onlardan 41213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Ən çox məskunlaşma isə Ağdam rayonunda qeydə alınıb. 8300 nəfər artıq bu rayonumuzda məskunlaşmışdır. Cəbrayıl rayonunda isə 7112 keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdıb".
Vüqar Bayramov qeyd edib ki, növbəti aylarda və eləcədə 2027-ci ildə həmin ərazilərimizdə kütləvi məskunlaşma olacaq:
"Hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdlarında ev təklif ediləcək. Heç bir keçmiş məcburi köçkün prosesdən kənarda qalmayacaq. Bu Möhtərəm Prezidentin siyasi iradəsidir. Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb. Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat idisə, indi bu göstərici 6 milyard manata çatır. Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib. 2020-ci ildə sözügedən iqtisadi rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat idi. Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var".
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Noyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















