İsrail İranla münaqişəyə müdaxilə halında Livanı zərbələrlə hədələyib
525.az saytına istinadən Icma.az xəbər verir.
İsrail Livanı şiə hərəkatı Hizbullahın ABŞ və İran arasında potensial münaqişəyə müdaxilə edəcəyi təqdirdə ərazisindəki hədəflərə güclü zərbələr hədələyib.
525.az xəbər verir ki, bu barədə Reuters Livanın iki yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
“İsrail dolayı yolla Livana Hizbullahın ABŞ və İran arasında mümkün müharibəyə müdaxilə edəcəyi təqdirdə hava limanı da daxil olmaqla, mülki infrastrukturu hədəf alan güclü zərbələr endirəcəyinə dair siqnal verib", - agentlik yazır.
Bundan əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi ABŞ və İran arasında danışıqların cümə axşamı Cenevrədə keçiriləcəyini bildirib.
Pərvanə Sultanova
Baxış sayı:136
Bu xəbər 24 Fevral 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















