İsrail Livanı danışıqları dayandırmamağı çağırıb
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrailin ABŞ-dakı səfiri Yehiel Leiter son hücumlardan sonra Livanı İsraillə danışıqları dayandırmamağa çağırıb.
Moderator.az xəbər verir ki, Leiter X sosial mediasında yazıb: "Əgər Livan hökuməti bu hadisədən sülh danışıqlarını təxirə salmaq və ya dayandırmaq üçün bəhanə kimi istifadə edərsə, bu, sülh düşmənləri üçün taktiki qələbə olacaq. Hizbullahın istədiyi danışıqların uğursuzluğudur".
Səfir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri cavab tədbiri olaraq hücum əmrini verən və ailə üzvləri ilə birlikdə qrupun hərbi qərargahında olan Hizbullah komandirini vurub. Mövcud məlumata görə, hücum zamanı bir neçə qadın və uşaq da həlak olub.
Daha əvvəl Livan Prezidenti Cozef Aun İsrailin hücumlarının iki ölkə arasındakı danışıqlara mənfi təsir göstərdiyini bildirmişdi. O, Beyrutun danışıqlar prosesindən çıxmaq niyyətini birbaşa açıqlamayıb.
ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqların növbəti mərhələsi sentyabrın əvvəlinə planlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 15 Avqust 2026 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















