İsrail mediası: İsrail kəşfiyyatı Əsəd rejimi ilə gizli əlaqə saxlayırdı
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
"İsrail kəşfiyyatının dekabrın 8-də Rusiyaya qaçan Əsəd rejimi ilə gizli şəkildə əlaqəsi vardı".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin "Yediot Ahronot" qəzeti yazıb.
Qəzet iddia edir ki, İsrail kəşfiyyatı Suriyanın devrilmiş rejimin lideri Bəşər Əsəd və onun yaxın çevrəsi ilə əlaqə yaratmaq üçün gizli proseslər həyata keçirib: "İsrail kəşfiyyatı devrilmiş rejimin yüksək rütbəli şəxsləri ilə “Musa” kod adı ilə "WhatsApp" vasitəsilə əlaqədə olub. Hətta bir neçə dəfə Əsəd rejiminin keçmiş müdafiə naziri Əli Mahmud Abbasla WhatsApp-la danışıqlar olub".
Qəzet yazlb ki, hətta Əsəd və onun yaxın çevrəsi ilə Livana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması müqabilində Livana silah daşınmasının dayandırılması barəəd müzakirə də aparılıb.
Xəbərdə həmçinin İsrail Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Yossi Koenin 2019-cu ilin sonunda Rusiyanın Moskvadakı Kreml Sarayında Əsədlə görüşməyi planlaşdırdığı, lakin Əsədin görüşdən vaz keçdiyi haqda iddia ortaya atılıb.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 28 Dekabr 2024 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















