İsrail ordusu Cenin bölgəsində iki silahlını məhv edib
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail əsgərləri və Baş Təhlükəsizlik Xidmətinin zabitləri İordan çayının qərb sahilində Cenin şəhəri yaxınlığında iki fələstinli radikalı öldürüblər. Bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, hərbçilərlə yaraqlılar arasında 4 saata yaxın davam edən atışma olub. Güclü atəş açan İsrail təhlükəsizlik qüvvələri rəqiblərini zərərsizləşdirə bilib.
Ordunun mətbuat xidməti daha əvvəl bildirmişdi ki, hərbçilər Cenin bölgəsində “Dəmir Divar” adlanan genişmiqyaslı antiterror əməliyyatına başlayıblar. “The Times of Israel” mənbəyə istinadən xəbər verir ki, döyüşlərin ən azı bir neçə gün davam edəcəyi gözlənilir. Nəşrin mənbəsinin sözlərinə görə, əməliyyat Cenində yerli radikal qrupların istifadə etdiyi infrastruktur obyektlərinə pilotsuz təyyarələrin zərbələri ilə başlayıb, bundan sonra İsrail təhlükəsizlik qüvvələri şəhərə daxil olub.
Oxuməni.az
Baxış sayı:68
Bu xəbər 23 Yanvar 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















