İsrail ordusu Hebronda genişmiqyaslı əməliyyata başladı
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail ordusu işğal altındakı Qərb Şəriyəsinin cənubunda yerləşən Hebron şəhərində genişmiqyaslı hərbi əməliyyata başladığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, İsrail ordusunun yazılı açıqlamasında iki İsrail əsgərinin öldürüldüyü qarşıdurma ilə əlaqəli şəxslərin yerləşdiyi ərazilərə hücumların gücləndiriləcəyi bildirilib.
Ordunun məlumatına görə, bölgədəki hərbi əməliyyatlar daha bir neçə gün davam edəcək. Hebronda əməliyyat zonasına daxil olan fələstinlilərə axtarış və sorğu-sualdan sonra üç müəyyən edilmiş məntəqədən çıxmağa icazə veriləcəyi qeyd olunub.
Açıqlamada əməliyyatların İsrailin daxili kəşfiyyat xidməti Şin-Bet (Şabak), sərhəd polisi və mülki administrasiya ilə koordinasiyalı şəkildə həyata keçirildiyi bildirilib.
Şahidlərin sözlərinə görə, İsrail ordusu 20 hərbi maşınla Hebrona daxil olarkən intensiv atəş açıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 24 Oktyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















