İsrail ordusu Livana hava zərbələri endirdi VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
İsrail şiə qruplaşması "Hizbullah" tərəfindən pilotsuz uçuş aparatlarının (PUA) buraxılmasına cavab olaraq Livandakı Ərəb Səlim bölgəsinə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrail ordusu, “Hizbullah”ın atəşkəs rejimini pozmasına cavab olaraq, ölkənin cənubundakı bir neçə şəhərə silsilə reydlər həyata keçirib.
Ərəb Səlim şəhərinə endirilən iki hava zərbəsi nəticəsində bir qadın yaralanıb. Bundan əlavə, Kfar-Rumman şəhərinə də hava zərbəsi endirilib.
Qeyd edək ki, avqustun 27-də "Hizbullah" İsrailin hava məkanına iki pilotsuz uçuş aparatı buraxıb. İsrail ordusu əsgərlərinin PUA-lardan birini vurduğunu, ikincisi ilə isə əlaqənin itdiyini bəyan edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 27 Avqust 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















