İsrail ordusu Livanda “Hizbullah” döyüşçülərini BELƏ ZƏRƏRSİZLƏŞDİRDİ (VİDEO) KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən Meys əl-Cəbel bölgəsində “Hizbullah” hərəkatının iki üzvünü zərərsizləşdirdiyini açıqlayıb. Rəsmi bəyanatda bildirilir ki, zərbələr xüsusi təyinatlı “Radvan” qüvvələrinin üzvlərinə endirilib.
KONKRET.az xəbər verir ki, ordunun yaydığı məlumatda qeyd olunur: “İsrail Müdafiə Qüvvələri Meys əl-Cəbel bölgəsində ‘Hizbullah’ın xüsusi təyinatlı ‘Radvan’ dəstəsinə məxsus bir terrorçunu zərərsizləşdirib”. Əməliyyatın dəqiq koordinatlarla və hava zərbələri vasitəsilə həyata keçirildiyi vurğulanır.
Bundan əvvəl eyni gün daha bir “Hizbullah” üzvünün də eyni bölgədə zərərsizləşdirildiyi bildirilib. Həmin şəxsin İsrail sərhədi yaxınlığında kəşfiyyat məlumatları topladığı və terror təşkilatının əməliyyatlarını hazırladığı qeyd olunur.
İsrail tərəfi bu əməliyyatların sərhəd təhlükəsizliyini təmin etməyə və “Hizbullah”ın bölgədəki fəaliyyətlərinin qarşısını almağa yönəldiyini bildirir.
Gərginliyin artdığı bu günlərdə İsrail ordusunun Livan sərhədində aktiv əməliyyatlar keçirməsi bölgədəki vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 01 May 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















