İsrail ordusu Suriyadakı Hermon dağını ələ keçirib
Aznews.az saytına istinadən Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın cənub-qərbində yerləşən Hermon dağına nəzarəti ələ keçirib.
Bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb .
“İsrail Suriya ordusunun geri çəkilməsindən sonra Hermon dağına nəzarəti ələ keçirdi”, - telekanalın açıqlamasında deyilir.
Bu coğrafi obyekt Suriya tərəfində əhəmiyyətli istehkamlara malikdir və zaman-zaman İsraillə döyüşlərin obyekti olub. Xüsusilə, bu ərazi uğrunda böyük döyüş 1973-cü ildə Yom Kippur müharibəsi zamanı baş verib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, Suriya prezidenti Bəşər Əsədin devrilməsi İsrail ordusunun İrana və Livanın Hizbullah hərəkatına zərbələri nəticəsində mümkün olub.
Bundan əlavə, o, Tel-Əvivin “bütün suriyalılara kömək əlini uzatdığını”, lakin İsrailə düşmən olan heç bir qüvvələrin sərhəddə möhkəmlənməsinə imkan verməyəcəyini vurğulayıb.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 08 Dekabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















