Icma.az
close
up
RU
İsrail öz vətəndaşlarına BƏƏ də terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

İsrail öz vətəndaşlarına BƏƏ də terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 avqust, AZƏRTAC

İsrailin Milli Təhlükəsizlik Şurası (MTŞ) ölkə vətəndaşlarına Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səyahət xəbərdarlığını gücləndirib və İranla əlaqəli olan qruplar da daxil olmaqla terrorçuların israillilərə qarşı yüksək hücum riski barədə mesaj yayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, MTŞ-nin cümə axşamı verdiyi açıqlamaya görə, təhdidlərin artması İsrailin İran və Qəzza zolağında son hərbi əməliyyatlarından sonra hücum ehtimalının çoxalması, həmçinin bölgədə Fələstini dəstəkləyən əhvali-ruhiyyənin güclənməsi ilə bağlıdır.

Yenilənmiş tövsiyəyə əsasən, İsrail BƏƏ üçün “üçüncü səviyyə” xəbərdarlığını davam etdirir, insanları qeyri-vacib səyahətlərdən çəkinməyə və bu ölkəyə səfər planlarını ciddi şəkildə nəzərdən keçirməyə çağırır.

MTŞ yəhudi bayramları və şənbə günlərində BƏƏ-də İsrailin və yəhudilərin hədəf alınması halları ilə bağlı xüsusi narahatlıq ifadə edib.

Bəyanatda deyilir: “HƏMAS, “Hizbullah” və İranın tərəfdarları da daxil olmaqla, bəzi təşkilatların artan fəallıq əlamətləri fonunda region ölkələrində israillilərə qarşı ciddi hücum riski var”.

Eyni zamanda, İsrailin Əbu-Dabidəki səfirliyinin qismən boşaldılması barədə qərar qəbul edilib. İşçilərin əksəriyyəti diplomatik missiyanı tərk edəcək, qalanlar isə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında çalışacaqlar.

İsrail rəsmiləri keçmiş təcrübələrə əsasən vurğulayırlar ki, terror təşkilatları tez-tez İsrailin qonşu olduğu, israillilərin yaşadığı və yəhudi təşkilatlarının fəal olduğu ölkələri hədəf alır. 2020-ci ildə İsrail ilə BƏƏ arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Sazişləri”nin imzalanmasından sonra ikitərəfli əlaqələr xeyli yaxşılaşıb. Bununla belə, 2023-cü ilin noyabrında BƏƏ-də terror aktı kimi qəbul edilən “Çabad” nümayəndəsi Zvi Koqanın öldürülməsi kimi hadisələr regionda israillilərin təhlükəsizliyinə diqqətin artmasına səbəb olub.

2024-cü ilin yazında bu iş üzrə üç müttəhim Əbu-Dabi Apellyasiya Məhkəməsinin qərarı ilə ölüm cəzasına məhkum edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri