Icma.az
close
up
RU
İsrail Qətəri buna görə vurub ŞOK SƏBƏB

İsrail Qətəri buna görə vurub ŞOK SƏBƏB

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Qətərin paytaxtı Dohada HƏMAS-ın baş qərargahına endirilən hava hücumu təşkilatın əsas müzakirəçiləri, xüsusilə Xəlil əl-Hayy və Zahir Cabarini məhv etmək məqsədi daşıyırdı. Hər ikisi İsrail girovları ilə bağlı danışıqlarda sərt və barışmaz mövqeləri və kompromis əldə etməyi çətinləşdirən şəxslər kimi tanınırdılar.

Globalinfo.az xəbər verir ki, bir çox mənbələr əməliyyatın məqsədinin HƏMAS rəhbərliyinin ən radikal fiqurlarını danışıqlar prosesindən kənarlaşdırmaq və dialoqa hazır olanlara meydanı buraxmaq olub.

Məsələ burasındadır ki, son vaxtlar HƏMAS rəhbərliyində fikir ayrılıqları yaranıb: əl-Hayy güzəştə meyilli olan və Amerikanın son təklifini nəzərdən keçirməyə hazır şəxs kimi tanınan Qəzza şəhər briqadasının komandiri İzzəddin əl-Həddadla münaqişədə idi.

İndi ola bilsin ki, məhz Əl-Həddad və ya HƏMAS rəhbərliyinin Türkiyədə yerləşən ikinci və üçüncü eşelonlarının nümayəndələri gələcək danışıqlarda əsas rol oynayacaqlar.

Zərbənin ikinci məqsədi İsrailin HƏMAS və vasitəçilərə qətiyyətini nümayiş etdirməkdir. Mesaj aydındır: girovların azad edilməsi, Həmas döyüşçülərinin Qəzzadan çıxarılması məcburi şərtlərdir. Əks halda, İsrail dünyanın istənilən yerində təşkilatın liderlərini təqib etməyə səy göstərəcək.

Ancaq Doha açıq şəkildə hücumu beynəlxalq hüququn pozulması kimi pisləyib və istintaqa başlanıldığını elan edib. Çox güman ki, Qətər bir müddət İsraillə danışıqlarda iştirakını və təmaslarını dayandıracaq. Amma təcrübə göstərir ki, bu cür fasilələr adətən dialoqun tədricən bərpası ilə müşayiət olunur.

Beləliklə, Dohada gizlənən Həmas liderlərinə zərbə təkcə hərbi əməliyyat deyil, həm də İsrail, ABŞ, Qətər və HƏMAS-ın maraqlarının kəsişdiyi daha böyük diplomatik oyunun tərkib hissəsidir. Bu, danışıqların arxitekturasını dəyişmək və minimal kompromisləri qeyri-mümkün edənləri prosesdən kənarlaşdırmaq cəhdidir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri