İsrail Qəzza sərhədində yeni keçid məntəqəsi açdı
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
İsrail hakimiyyəti Qəzza zolağı ilə sərhəddə yeni keçid məntəqəsi açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni keçid məntəqəsi Fələstin anklavının mərkəzi hissəsinə yaxın Kisufim kəndi yaxınlığında yerləşir və Qəzzaya humanitar yardımın çatdırılması üçün nəzərdə tutulub.
“Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq və Qəzza zolağına yardımın çatdırılması üçün marşrutların həcmini və sayını artırmaq səyləri çərçivəsində bu gün, çərşənbə axşamı Kisufim sərhəd keçid məntəqəsi açılıb”, - məlumatda deyilir.
Ordunun mətbuat xidməti qeyd edib ki, anklavın mərkəzi və cənub rayonlarının sakinləri üçün sığınacaqların yaradılması məqsədilə bu keçid məntəqəsi vasitəsilə ərzaq, su, dərman və avadanlıqlar gətiriləcək.
Bu mövzuda digər xəbərlər:İsrail ordusu Qəzza sərhədində qoşunların döyüş hazırlığını artırıb
24 Fevral 2025 03:00
ABŞ Qəzza İsrail sərhədində hərbi baza yaratmağı planlayır
11 Noyabr 2025 19:37
Türkiyə Ermənistan sərhədində keçid məntəqəsi AÇILIR
10 Fevral 2025 20:25
İsrail Qəzza sakinlərinin təxliyəsi üçün əlavə dəhliz açdı
17 Sentyabr 2025 14:46
İsrail ordusu: Rafah keçid məntəqəsi yaxın günlərdə açılacaq
03 Dekabr 2025 12:38
Baxış sayı:56
Bu xəbər 12 Noyabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















