İsrail Qəzzada HƏMAS ın beş silahlı radikaldan ibarət qrupuna zərbə endirib
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimal hissəsində Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadına mənsub beş silahlı radikaldan ibarət qrupa zərbə endirdiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordu mətbuat xidmətinin bəyanatında bildirilib.
"İsrail Müdafiə Ordusu Qəzza zolağının şimalında yeraltı bunkeri bərpa etməyə çalışan beş terrorçuya zərbələr endirib. Zərbə nəticəsində HƏMAS-ın "Şərqi Cəbəliyə" batalyonunun "Nuxba" xüsusi təyinatlı qüvvələrinin terrorçusu ləğv edilib. Hücum zamanı digər terrorçular da məhv edilib", — deyib.
Mətndə həmçinin qeyd olunur ki, "zərbədən əvvəl mülki əhaliyə dəyə biləcək ziyanı minimuma endirmək üçün lazımi tədbirlər görülüb".
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 İyul 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















