İsrail Qəzzada HƏMAS ın hərbi obyektinə və gəmilərinə zərbələr endirib
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
İsrail Ordusu Qəzza zolağının HƏMAS-ın hərbi obyektinə və Fələstin anklavının sahilyanı zonasındakı bir neçə gəmiyə zərbələr endirib.
Bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilib.
"İsrail Müdafiə Ordusu Qəzzanın şimalında HƏMAS-ın hərbi obyektinə zərbə endirib, burada İsrail ərazisinə raket atılması üçün hazırlıq aparılırdı. Bundan əlavə, İsrail donanması Qəzza zolağının sahilyanı zonasında bir neçə gəmiyə zərbələr endirib. Bu gəmilər HƏMAS və "İslami Cihad" tərəfindən terror fəaliyyətində istifadə üçün nəzərdə tutulub", - məlumatda qeyd edilib.
Qurumdan bildirilib ki, İsrail Ordusu ölkə vətəndaşlarına və qüvvələrinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün Qəzza zolağında terror hədəflərinə zərbələr endirməyə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 19 Mart 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















