İsrail Sumud Sonanmasının 13 gəmisini ələ keçirib, 25 türk fəal saxlanılıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail hərbçiləri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 13 gəmisini ələ keçirib.
APA xəbər verir ki, bu barədə beynəlxalq missiyanın informasiya komitəsi məlumat yayıb.
“Al Mayadeen” telekanalının komitəyə istinadən yaydığı məlumata görə İsrail hərbçiləri gəmilərə qarşı güc tətbiq edir, qəsdən toqquşmalar aparır, su şırnaqlarından istifadə edir və saxlanılan fəallarla pis rəftar edir.
Qeyd edək ki, daha əvvəl dörd gəminin tutulduğu və 70 fəalın saxlandığı bildirilirdi.
Donanmanın Türkiyə nümayəndəliyi də İsrailin gəmilərə hücumu ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, ümumilikdə 15 gəminin ələ keçirildiyi, saxlanılan türk fəalların sayının isə 25-ə çatdığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 02 Oktyabr 2025 07:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















