Icma.az
close
up
RU
İSRAİL SURİYADA QAZANDI, YOXSA UDUZDU? MOSSADın hesabatı: “Türkiyə İsrail üçün İrandan daha təhlükəlidir” AzPolitika onlayn siyasiictimai qəzet

İSRAİL SURİYADA QAZANDI, YOXSA UDUZDU? MOSSADın hesabatı: “Türkiyə İsrail üçün İrandan daha təhlükəlidir” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Namiq Bilal

Suriyada Əsəd rejiminin devrilməsinin İsrailin lehinə, yaxud əleyhinə olması ciddi müzakirə predmetinə çevrilib. Rusiya Prezidenti Putin yəhudi dövlətinin bu olaylardan qazanclı çıxdığını söyləyir. Heç şübhəsiz, məsələnin mahiyyətini dəqiqliyi ilə İsrailin müvafiq dövlət orqanları bilir.

İki mühüm dövlət qurumunun mətbuatda yer alan məlumatlarına diqqət yetirək: Bunlardan birincisi MOSSAD-ın hesabatıdır. Hesabatda qeyd olunur ki, Türkiyə İsrail üçün İrandan daha təhlükəli rəqibdir. Deməli, Suriyanın İrandan qopub, Türkiyənin yanında yer alması da İsrail baxımından böyük problemdir. 

Müxaliflərin Şamda hakimiyyəti götürməsindən bir gün sonra isə İsrail Müdafiə Naziliyindəki mənbələrin mətbuata açıqlamaları oldu. Həmin məlumatlara görə, Suriyada zəif Əsəd rejiminin qalması İsrail üçün ideal variant idi. Türkiyə dəstəkli müxaliflərin hakimiyyətə gəlməsinin Təl-Əviv üçün ciddi problemlər yaradacağı da verilən məlumatlar arasındadır.

Rejim devrilənə qədər Suriyada İsrailin bütün tələblərini yerinə yetirən Bəşər Əsəd və yəhudi dövlətinin Suriyadakı bütün hərəkətlərinə “yaşıl işıq” yandıran Rusiya var idi.

Rejimin çökməsi ilə İsrailə sərf edən məzhəkə də bitmiş oldu. Baş verən hadisələrlə bağlı İsrail daxilində yaşanan əndişələr bu dövlətin ən ünlü nəşrlərindən olan ˝Yerusəlim Post˝ qəzetinin səhifələrinə daşınıb. 

˝Türkiyə İsrailin yeni qonşusu oldu˝ başlıqlı yazıda Rəcəb Tayyib Ərdoğanın ˝Liviyaya, Qarabağa necə girdiksə, İsrailə də elə girərik˝ cümləsi yazıda yenidən qabardılıb. Bu cümlənin reallaşmağa yaxın və əndişəverici olduğunun altı cızılır. 

Məqalədə vurğulanır ki, Tükiyə dəstəkli müxaliflərin Şama yerləşməsindən sonra Suriyanın şimalındakı kürd separatçıları ağır durumla üzləşib və Təl - Əvivdən yardım istəyirlər.

˝İsrail dövləti kürd müttəfiqlərimizə yardım üçün müttəfiqlərimizlə birlikdə real adımlar üzərində çalışır˝, deyə yazıda bildirilir.

Heç şübhəsiz, Əsəd rejiminin devrilməsində İsrailin də müəyyən qazancları var. İranın Suriyadan çəkilməsi ilə Livan “Hizbullah”ı təchizatsız qaldı. Colani hakimiyyəti təkcə qurudan dəstəyi deyil, həm də İranın Suriya üzərindən Livana bütün uçuşlarını qadağan edib. İsrailin Suriyada ikinci qazancı yeni torpaqların işğalıdır. Əslində bu, ilk baxışda qazanc kimi görünsə də, problemli qərardır. Yəhudi dövləti Qolan təpələri ətəklərində druzların yaşadığı əraziləri nəzarət altına alır. 

B. Netanyahu ˝Tutduğumuz Qolan əraziləri əbədi olaraq İsrail torpaqları olacaq˝ desə də, M.Colani ˝Qolan torpaqlarını İsraildən geri alacağıq˝ bəyanatını verib. Hələlik Suriya çox zəifdir, İsrailin yeni işğallarına reaksiya verə bilmir. Lakin Türkiyə ilə strateji müttəfiq olan Suriyanın qısa müddətdə ciddi hərbi potensiala sahib olacağı sual doğurmur. Həmin gün gəldiyində, İsrail ya işğal etdiyi Qolan təpələrindən çəkiləcək, ya da Türkiyə dəstəkli güclü Suriya ordusu ilə qaynar təmas qaçılmaz olacaq.

Suriyada yeni hakimiyyətin qurulmasından sonra İsrailin ən böyük itkisi kürd separatizminin sonlanması və ˝Davud koridorunun˝ bağlanmasıdır. 

Suriyanın şimalında PKK/YPG terrorçularını ən qızğın şəkildə dəstəkləyən ABŞ və İsraildir. Yəhudilər əsrlərdir ˝Vəd olunmuş torpaqlar və Böyük İsrail˝ xəyalları qururlar. Dəclə və Fərat çayları arasındakı vadini yəhudilər Allahın onlara vəd etdiyi torpaqlar sayır, Misirin şimalından tutmuş, Suriya və Livan əraziləri də daxil, Türkiyənin cənub şərqinə qədər geniş ərazidə “Böyük İsrail” qurmağa çalışırdılar. Kürd separatçıları bu planda yardımçı vasitə kimi istifadə olunurlar. Yəhudilərə ˝vəd olunmuş˝ vadidə, Fərat çayının sahillərində yerləşən kürd separatçı qurumu da addım-addım dağıdılır. Deməli, Böyük İsrail xəyalları da beşiyindəcə boğulur. Suriyanın Türkiyə ilə yanaşı dayanması, İraq neftini İsrailə daşımalı olan ˝Davud koridorunu˝ da bitirmiş olur.

Suriyada olan prosesin oxşarı Livanda da yaşanır. Livanın Baş naziri Nəcib Mikati Ankaraya səfəri zamanı dinləyənlərin böyük marağına səbəb olan açıqlama verib. O deyib: ˝Göydə Allaha, yerdə isə müttəfiqlərimizə və xüsusi ilə Türkiyəyə güvənirik˝.

Hər iki ölkə lideri bütün sahələrdə, o cümlədən həbi quruculuq sahəsində ciddi əməkdaşlıq barədə razılıq əldə edib. Türkiyənin müasir müdafiə sistemlərinin Livanda yerləşdirilməsi, Türkiyə - Livan hərbi strateji işbirliyini meydana çıxaracaq. Yəni, Türkiyə Suriyada olduğu kimi Livanda da İsrailin qonşusu olmağa hazırlaşır.

İsrail yaradıldığı gündən müharibə edən dövlətdir. Bu dövlətin mövcudluğunu təmin edən əsas faktorlardan biri (bəlkə də birincisi) ˝düşmənlərlə çevrələnmişik˝ ideologiyasıdır. Yəhudi ideoloqlarının beyinlərində ˝düşmənlərimizi yenmək üçün genişlənməliyik˝ fikirləri hakimdir. Genişlənmənin və ˝Böyük İsrail˝ yaratmanın ilkin hədəfləri Livan və Suriyadır. Coğrafiya belədir.

Ən müxtəlif səbəblər ucbatından İsrailin daha çox əzdiyi və bombaladığı iki ölkə də məhz Livan və Suriyadır. Heç şübhəsiz, hər iki ölkənin Türkiyəni arxalarına almaları, İsrailin bu ölkələrə yönəlik ˝Əz, bombala, işğal et˝ siyasətini sonlandıracaq. Dövlət Baxçalının ˝İsrail Qüdsdə tıxanıb qalacaq˝ bəyanatı da yəhudi genişlənməsinin sonunun elanıdır.

Sahədə baş verənlərdən çıxan nəticə belədir. İran İsrail üçün proksi düşmənlər yaradır, yəhudi dövləti də bu düşmənləri əzərək genişlənirdi. Türkiyə isə həm Suriyanı, həm də Livanı yanına alaraq, İsrail üçün ˝həm düşmən, həm də fürsət˝ olan proksi oyunlarını aradan qaldıracağının siqnalını verir. Düşmən yoxdursa, genişlənmə də yoxdur, ˝Böyük İsrail˝ xəyalı da yoxdur, ˝Davud koridoru˝ da yoxdur. Tam əksinə, zərərli xülyalardan ayrılıb, qanuni sərhədləri çərçivəsində normal və təhlükəsizliyi təmin olunmuş İsrail dövləti qurmaq şansı var.

Türkiyənin təbii marağı da regionu qanlı savaşlardan arındırıb, Böyük Orta Doğunu böyük proyektlərin və böyük iqtisadiyyatın məkanına çevirməkdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Dekabr 2024 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri