İsrail Təl Əvivdəki ABŞ təyyarələrindən narazıdır! “Ölkəyə ziyan vururlar”
Icma.az, Bakupost saytına istinadən bildirir.
ABŞ-nin İranla müharibəyə görə Təl-Əvivdəki Ben-Qurion və Ramon hava limanlarına yerləşdirdiyi hərbi təyyarələr İsraildə narazılıq yaradıb.
Bakupost.az xəbər verir ki, bu barədə İsrailin nəqliyyat naziri Miri Regev açıqlama verib. O bildirib ki, bu hava limanları faktiki olaraq hərbi bazaya çevrilib və bu vəziyyət ölkənin aviasiya sektoruna, eləcə də iqtisadiyyata ciddi zərər vurur.
ABŞ təyyarələrinin uzun müddət qalması yerli aviaşirkətlərin fəaliyyətini məhdudlaşdırıb, bəzi təyyarələrin xaricdə saxlanmasına səbəb olub. Xarici aviaşirkətlərin sayı kəskin azalıb, sərnişin axını isə 2026-cı ilin aprelində ötən illə müqayisədə 74 faiz düşüb.
İsrail tərəfi ABŞ-nin hərbi təyyarələri mülki hava limanlarından çıxarmağını gözləyir.
Bahar Babaşova, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 13 May 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















