İsrail XİN başçısı Bakıda: Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı... İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır (YENİLƏNİB)
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Donald Trampın rəhbərliyi altında İsrail və ABŞ İranın nüvə ambisiyalarını geri atıb".
Bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, həmçinin regionda təhlükəsizliyə töhfə verib: "İsrail hesab edir ki, İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır".
***
İsrailin xarici işlər naziri Gideon Saar ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanla münasibətlərin nizamlanması prosesində əldə edilmiş irəliləyiş münasibətilə Azərbaycanı təbrik edib.
Bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
İsrailin XİN rəhbəri vurğulayıb ki, əldə edilmiş nəticələr Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində mümkün olub.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülh olmazdı.
G.Saar, həmçinin qeyd edib ki, ölkənin inkişafı və çiçəklənməsi nəzərəçarpacaq səviyyədədir. Xüsusilə vurğulanıb ki, Azərbaycandakı yəhudi icması sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Nazir əlavə edib ki, İsrail xalqı bu dəstəyi yüksək qiymətləndirir.
Nazir deyib ki, İsrail və Azərbaycan sülhdə maraqlı olan ölkələrdir: "Diplomatik münasibətlərin qurulmasından etibarən əlaqələrimiz bir çox sahədə əhəmiyyətli dərəcədə genişlənib və dərinləşib. Üç il əvvəl Bakıda İsrail səfirliyinin açılması strateji tərəfdaşlığımızı daha da möhkəmləndirən mühüm addım olub".
***
İsrail-Azərbaycan münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, iki dövlət arasındakı münasibət strateji xarakter daşıyır.
"Bu kontekstdə mütəmadi siyasi məslətləşmələr, strateji dialoqlar, parlamentlərarası dostluq qrupları əhəmiyyətlidir", C.Bayramov deyib.
O bildirib ki, iki ölkənin münasibətləri konteksində israilli həmkarı ilə iqtisadi əlaqələrin inkişafı, mövcud durumu, layihələr və yeni imkanlar barədə ətraflı danışıblar(Report).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 26 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















