Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

İsraildə ərəb əhalisinin sayı xeyli artıb POLİTOLOQ

İsraildə ərəb əhalisinin sayı xeyli artıb POLİTOLOQ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"27 oktyabrda İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə görə, Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat əldə edib".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev söyləyib.

Onun sözlərinə görə, İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə olunsa da, mənim diqqətimi ərəb partiyalarının 19 mandat qazanması çəkir. Yəni Qüdsü ilhaq etmək, Qəzza zolağını işğal altında saxlamaq və bu ərazilərdən fələstinliləri çıxarmaq istəyən bir ölkənin parlamentinə yenə də 19 fələstinli ərəb deputat seçilir:

"Öncə deyim ki, İsrailin ərəb vətəndaşları ilə Qəzza zolağında və İordan çayının qərb sahilində yaşayan fələstinlilər eyni xalqın nümayəndələridir. Onların ortaq etnik və tarixi kökləri var. Sadəcə, eyni hüquqlara malik deyillər. Daha dəqiq desəm, 1948-ci ildə İsrail dövləti yaradılarkən ərazidə qalan və İsrail vətəndaşlığını əldə edən fələstinli ərəblərin nəsilləri bu gün də ölkənin vətəndaşlarıdır.

Onlar seçkilərdə səs verə, partiyalar yarada, parlamentə seçilə və dövlət qurumlarında işləyə bilərlər. Bu əhali İsrailin ümumi əhalisinin təxminən beşdə birini təşkil edir. Buna görə də ərəb vətəndaşlarının parlamentdə təmsil olunması İsrailin siyasi sistemində hüquqi baxımdan qeyri-adi hadisə deyil.

Ərəb partiyaları son illərdə olduqca aktivdirlər. Seçkilərin nəticələri də bunu göstərir. Bu, İsraildəki fələstinlilərin siyasi dünyagörüşü və siyasi iştirak səviyyəsi ilə əlaqədardır. Müqayisə üçün deyim ki, əvvəlki parlamentdə ərəb partiyalarının mandatlarının sayı 10 idi. İndi isə bu rəqəm 19-a yüksəlib. Eyni zamanda, bu nəticə ərəb seçicilərinin siyasi iştirakının gücləndiyini və onların səslərinin hökumətin gələcək taleyi baxımından daha böyük əhəmiyyət qazandığını göstərir.

Düzdür, bu nəticə ilə ərəb partiyaları müstəqil şəkildə hökumət qura bilməsələr də, Ayzenkot blokunun 48 mandatına onların dəstəyi əlavə olunsa, 67 mandatlıq çoxluq yaranar. Riyazi baxımdan bu, hökumət qurmaq üçün kifayətdir. Hələlik belə bir razılaşma baş verməyib. Ümumiyyətlə, həmin blokdakı bütün partiyalar ərəb partiyaları ilə əməkdaşlığa isti baxmır. Hətta bəzi partiyalar belə əməkdaşlığı əvvəlcədən rədd ediblər. Buna görə də əsas məsələ mandatların sayından əlavə, siyasi razılaşmanın mümkün olub-olmamasıdır.

Lakin yenə də ərəb partiyalarının 19 mandat qazanması İsrail üçün ciddi siqnaldır və regional reallığın dərk edilməsi baxımından mühüm faktdır.

Həm Türkiyədə, həm də ölkəmizdə Böyük İsrailin qurulacağını düşünən, yaxud ən azı İsrailin bu planı həyata keçirməsinin mümkünlüyünə inanan insanlar var. Halbuki təkcə bu seçkilərin nəticələri belə bu layihənin reallaşmasının nə qədər mürəkkəb olduğunu bir daha göstərir.

Əvvəldə də qeyd etdiyim kimi, hər şeydən öncə, Yaxın Şərqdə 100 milyondan çox ərəb yaşayır. Bundan başqa, kürdlər və türklər də bu regiondadır və onların da sayı yəhudilərin sayından xeyli çoxdur. 1948-ci ildən bu günə qədər əhalisinin sayını təxminən 10–11 milyona çatdıran İsrail dövlətinin qeyd edilən Böyük İsrail layihəsini həyata keçirməsi, hər şeydən əvvəl, etnik və demoqrafik baxımdan mümkün görünmür. Yəni İsrailin özündən qat-qat çoxsaylı ərəb, kürd və türk əhalisini idarə etməsi real deyil. Elə olsaydı, İsraildə bu gün bir nəfər də olsun ərəb yaşamazdı. Qeyd edim ki, İsraildə ərəb əhalisinin sayı da xeyli artıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Oktyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri