İsraildə seçici fəallığı 1977 ci ildən bəri rekord həddə çatıb
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, parlament seçkilərində günorta saatlarınadək təxminən 2,3 milyon nəfər səs verib.
Yeniavaz.com xəbər verir ki, bu, seçicilərin 31,5 faizini təşkil edir və 1977-ci ildən bəri həmin saat üçün qeydə alınan ən yüksək göstəricidir.
Komissiyanın məlumatına əsasən, İsrailin 10 milyondan çox vətəndaşından təxminən 7,3 milyonu səsvermə hüququna malikdir. Ölkə üzrə 12 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələr yerli vaxtla saat 07:00-dan 22:00-dək açıq olacaq.
Qeyd edək ki, bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan və İranla müharibənin başlanmasından sonra İsraildə keçirilən ilk seçkilərdir.
120 yerlik Knessetə seçkilərdə 36 siyasi partiya iştirak edir. Parlamentə düşmək üçün partiyalar səslərin ən azı 3,25 faizini toplamalıdır.
Hakim koalisiyanın əsas qüvvələri baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası, “Dini Sionizm” və “Yəhudi Gücü” partiyaları, eləcə də ultraortodoks “Tövrat yəhudiliyi” ittifaqı və ŞAS partiyasıdır.
Əsas müxalifət qüvvələri isə general-leytenant Qadi Ayzenkotun rəhbərlik etdiyi mərkəzçi “Yaşar” partiyası, keçmiş baş nazir Naftali Bennetin “Be-Yahad” ittifaqı və Aviqdor Libermanın sağçı “Bizim Evimiz İsraildir” partiyasıdır.
Sorğulara əsasən, ərəb partiyalarının vahid siyahısının və solçu “Demokratlar” partiyasının da seçki baryerini keçəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:İsraildə seçici fəallığı: 45 ildən sonra ən yüksək nəticə
27 Oktyabr 2026 14:15
Qazaxıstanda referendumda seçici fəallığı 64,43 faizə çatıb YENİLƏNİB
15 Mart 2026 16:16
Britaniyada iş yerlərinin ixtisarı 2020 ci ildən bəri rekord həddə çatıb
20 Yanvar 2026 23:28
İsraildə yaralananların sayı 2745 ə çatıb
12 Mart 2026 12:53
Silah satışı rekord həddə çatıb
17 Mart 2025 10:08
Baxış sayı:108
Bu xəbər 27 Oktyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















