İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 10 iyun, AZƏRTAC
İsrail Texnologiya İnstitutunun alimləri kimyaterapiya və digər dərmanlardan istifadə etmədən şişlərin böyüməsini ləngidə bilən nanohissəciklər hazırlayıblar.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, araşdırmanın nəticələri “ACS Nano” jurnalında dərc olunub. Tədqiqat xüsusilə aqressiv hesab olunan üçqat mənfi süd vəzi xərçənginə yönəlib.
Siçanlar üzərində aparılan təcrübələrdə nanohissəciklərin şişin böyüməsini ləngitdiyi və immun hüceyrələrin tərkibini dəyişdirdiyi müəyyən edilib.
Alimlər bildirirlər ki, metod hələlik ilkin mərhələdədir və klinik tətbiq üçün əlavə tədqiqatlara ehtiyac var.
Baxış sayı:126
Bu xəbər 10 İyun 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















