İsraildən Britaniyaya ŞOK ULTIMATUM: 30 gün ərzində… KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail hökuməti Böyük Britaniyadan Şərqi Qüdsdəki (Yerusəlim) Baş konsulluğunu 30 gün ərzində bağlamağı tələb edib.
KONKRET.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bu sərt addım Londonun İordan çayının qərb sahilindəki israilli məskunlaşmacılara qarşı sanksiyalar tətbiq etməsinə cavab olaraq atılıb və britaniyalı diplomatlar diplomatik statuslarından məhrum ediləcəklər.
Bundan əlavə, Ramallahdakı britaniyalı diplomatlara və ABŞ-nin rəhbərlik etdiyi Qəzzadakı koordinasiya missiyasının əməkdaşlarına ölkəni tərk etmək üçün cəmi yeddi gün vaxt verilib. İsrail həmçinin Böyük Britaniyanın İordan çayının qərb sahilindəki fələstinli təhlükəsizlik qüvvələrini öyrətməsini qadağan edib, eləcə də aralarında Leyboristlər Partiyasının keçmiş lideri Ceremi Korbinin də olduğu 12 britaniyalı deputatın və digər şəxslərin ölkəyə girişinə qadağa qoyub.
Böyük Britaniyanın xarici işlər naziri Ed Milibənd Londonun İsrailin qərarından təəssüf keçirdiyini, lakin bunun gözlənilməz olmadığını bildirib. İsrail tərəfi isə britaniyalıların sanksiyalarını “mənəvi cəhətdən sapıq” adlandıraraq, Londonu seçkilər ərəfəsində ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Sentyabr 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















