İsraildən Livana yeni tələb: Hər evdə axtarış aparılsın!
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail Livandan ölkənin cənubunda şəxsi evlərə sığınan Hizbullah üzvlərini tərksilah etməyi tələb edib.
Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, İsrail tərəfi bildirib ki, Hizbullah tərəfdarlarının tərksilah tempi qənaətbəxş deyil.
Livan ordusu İsrailin bu tələbini rədd edib. Beyrut bəyan edib ki, hər evdə kütləvi axtarışların aparılması tərksilah prosesini poza, sabitsizliyə və vətəndaş iğtişaşlarına səbəb ola bilər:
"Onlar bizdən tələb edirlər ki, hər evdə axtarış aparaq. Biz bunu etməyəcəyik. Biz onların istədiyi kimi işləməyəcəyik".
Agentlik yazır ki, Livan hərbi rəhbərliyi hazırkı strategiyanın optimal olduğuna inanır və hakimiyyət ilkin plana uyğun olaraq ilin sonuna kimi Hizbullahın tərksilahını başa çatdırmağı hədəfləyir.
Baxış sayı:34
Bu xəbər 10 Noyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















