İsrailin kəşfiyyat rəhbərləri istefaya göndərildi
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail kəşfiyyatındakı yüksək vəzifəli istefalar bu qurumun İranla müharibəyə dair vədlərinin heç birinin yerinə yetirilmədiyini göstərir.
“Cebheinfo.az”-ın məlumatına görə, “The Intercept” belə yazır.
Avqustun əvvəlində MOSSAD-ın yeni rəhbəri Roman Hofman kəşfiyyat idarəsinin və İran şöbəsinin “K” və “Y” kod adlı rəhbərlərini vəzifələrindən azad edib.
Yeni direktorun təyin edilməsindən sonra bu cür işdən çıxarılmalar özlüyündə misli görünməmiş bir hadisə deyil. Lakin MOSSAD liderlərinin bu cür açıq istefaları olduqca nadir haldır.
Uğursuzluğa görə işdən çıxarılma ilə bağlı son məlum hadisə 1997-ci ildə, HƏMAS-ın siyasi bürosunun o vaxtkı rəhbəri Xalid Məşələ qarşı baş tutmayan sui-qəsd cəhdindən sonra olub.
Əməliyyat İordaniyada bir neçə MOSSAD agentinin həbsi və böyük bir diplomatik qalmaqalla nəticələndi.
Nəticədə idarənin rəhbəri və əməliyyat idarənin müdiri istefa verməyə məcbur olmuşdular.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:113
Bu xəbər 21 Avqust 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















