İsrailin Livana hücumları nəticəsində 31 nəfər həyatını itirdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Livanın cənub və şərq bölgələrinə şiddətli hücumları nəticəsində 31 nəfər həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, ölkənin cənubundakı Nəbatiyə bölgəsində Mülki Müdafiə Dərnəyinin istifadə etdiyi bir nöqtəyə edilən hücumda 4-ü tibb işçisi olmaqla 6 nəfərin həyatını itirib.
Ölkənin şərqindəki Baalbekin Şaab bölgəsinə edilən hücumda 5-i qadın olmaqla 8 nəfərin öldüyü, 27 nəfərin yaralandığı qeyd edilib.
Ölkənin cənubundakı Sur bölgəsində bir evin hədəfə alınması nəticəsində 5 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilib. Bundan əlavə Surun Qana bölgəsinə edilən hava hücumunda 2 nəfərin həyatını itirdiyi də bildirilib.
İsrailin hücumlarında Nəbatiyyənin Hasbaya bölgəsində 1 fermerin öldüyü, Beyad bölgəsində hədəf alınan evdə 3-ü suriyalı olmaqla 4 nəfərin həyatını itirdiyi bildirilib.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 15 Noyabr 2024 04:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















