İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.
APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “Channel 13”ə müsahibəsində deyib.
“Biz onu görə bilsəydik, aradan qaldırardıq. Biz Xameneini öldürmək istəyirdik, amma bunun üçün heç bir əməliyyat imkanı olmadı. Lakin Xamenei bunu başa düşdü və yerin altına, çox dərinliklərə çəkildi və məhv edilən komandirləri əvəz edən komandirlərlə əlaqəni kəsdi, nəticə etibarilə bu real deyildi”, - Katz deyib.
Katz ABŞ-ın buna icazə verib-verməməsi ilə bağlı suala cavabında isə belə qeyd edib: “Bizim belə şeylər üçün icazəyə ehtiyacımız yoxdur”.
Qeyd edək ki, müdafiə naziri müharibə vaxtı bildirirdi ki, İranın Ali Rəhbərinin öldürülməsi hərbi əməliyyatların əsas hədəflərindən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 İyun 2025 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















