Icma.az
close
up
RU
İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Venesuela Prezidenti Nikolas Maduro müsahibəsində bildirib ki, artıq III Dünya müharibəsi başlayıb və ABŞ-nin dünyaya öz hegemonluğunu yaymaq üçün planı var.

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Çingiz Şahbazi bildirdi ki, Maduronun dedikləri heç də səbəbsiz deyil.

"III Dünya müharibəsinin əlamətləri haqqında digər dünya siyasətçiləri də müxtəlif səbəblər göstərməklə anons veriblər. Hətta bu yaxınlarda ŞƏT çərçivəsində Çində keçirilən hərbi parad bəzi siyasi dairələri bərk narahat etdi. Bu paradın məhz ABŞ və ona bağlı hərbi təşkilatlara qarşı olduğunu sübut edən ciddi siyasi-analitik mərkəzlər var.

Əslində, bu istiqamətdə davam edən fikir və düşüncələrin arxasında son illər ərzində dünyada baş verən müharibələr fonunda, xüsusilə də böyük dövlətlərin, beynəlxalq təşkilatların ədalətsiz mövqeyi, ikili standartlar çərçivəsindən çıxış etmələri dayanır. Son illərdə biz güclü dövlətlərin gücsüzlər üzərində beynəlxalq hüquq normalarına uyğun olmayan siyasət apardıqlarını görürük və bu artıq kütləvi hal alaraq açıq şəkildə həyata keçirilir.

Son iki il ərzində İsrailin demək olar ki, əsası olmadan yeddinci ölkəyə qarşı hərbi əməliyyat keçirməsi və Qəzza zolağında mülki əhalinin kütləvi şəkildə bombalanması bayaq qeyd etdiyim elementləri özündə ehtiva edərək təsdiqləyir. Burada ABŞ-nin mövqeyi xüsusi qeyd olunmalıdır".

Politoloq hesab edir ki, Yaxın Şərqdə baş verən hadisələrin, sabitliyin pozulmasına səbəb olan siyasətin arxasında məhz ABŞ dayanır.

"Venesuela Prezidenti Maduronun III Dünya müharibəsinin əlamətləri ilə bağlı dedikləri isə heç şübhəsiz ki, ilk növbədə ABŞ-İsrail müttəfiqlik münasibətlərindən doğan Yaxın Şərq məsələləri ilə bağlıdır. İsrail mediasında Qətərə qarşı hərbi əməliyyatlardan sonra növbəti hədəf kimi Türkiyənin göstərilməsi yaxın gələcəkdə ciddi hadisələrin olacağının xəbərçisidir.

Həmçinin, Rusiya-Ukrayna arasında davam edən müharibə özünün ən “məhsuldar” dövrünə qədəm qoyub və artıq Rusiya ərazilərinə daşınıb. Şimali Koreya bu müharibədə iştirak edir. Çin isə gizli şəkildə Rusiyanın arxasındadır və silah-sursat ötürməsi ilə bağlı məlumatlar mövcuddur.

Qütblər arasında baş verən bütün bu hərəkətlilik deməyə əsas verir ki, III Dünya müharibəsinin əlamətləri görünməkdədir və prosesin bu şəkildə davam etməsi dünya ölkələri üçün heç də yaxşı heç nə vəd etmir", - deyə Çingiz Şahbazi vurğuladı. 

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:411
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri