Icma.az
close
up
RU
“İsrailin Somalilənd qərarı ərazi bütövlüyü üçün təhlükəli presedent yaradır” ŞƏRH

“İsrailin Somalilənd qərarı ərazi bütövlüyü üçün təhlükəli presedent yaradır” ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“İsrailin Baş naziri Benyamin Netanyahu Somaliləndi müstəqil və suveren dövlət kimi rəsmi şəkildə tanıdığını elan edib. Belə ki, Netanyahu, xarici işlər naziri Gideon Saar və Somaliləndin prezidenti Abdurəhman Məhəmməd Abdullahi birgə bəyannamə imzalayıblar. Bundan əlavə, İsrail kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlıq yolu ilə Somaliləndlə əlaqələrini dərhal genişləndirməyi planlaşdırır”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Turan Rzayev deyib:

“İlk öncə onu deyim ki, Somalilənd 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib və həmin vaxtdan etibarən suveren dövlət kimi tanınmağa çalışır. Lakin bu günə qədər nə hər hansı bir dövlət, nə də beynəlxalq təşkilat Somaliləndi müstəqil ölkə kimi tanıyıb. Dünya birliyi Somaliləndi Somali Federativ Respublikasının tərkib hissəsi hesab edir. Bu baxımdan İsrailin Somaliləndi tanımaq qərarı xüsusilə diqqət çəkir.

Əvvəla, Somalilənd Qırmızı dəniz  Bab əl-Məndəb boğazı xəttinə yaxın strateji mövqedə yerləşir. Bu region İsrail üçün həyati əhəmiyyət daşıyır, çünki qlobal ticarət yolları, enerji daşımaları və təhlükəsizlik məsələləri birbaşa bu marşrutdan asılıdır. Son dövrlərdə Husilərin hücumları, İranın regiondakı təsirinin artması və Qırmızı dənizdə risklərin yüksəlməsi fonunda İsrail öz təhlükəsizlik perimetrini genişləndirməyə çalışır. Somaliləndin tanınması İsrailə bu bölgədə strateji dayaq nöqtəsi qazandırır.

Digər mühüm məqam İran faktorudur. İsrail uzun müddətdir ki, Afrikanın Şərqində və Qırmızı dəniz hövzəsində İranın təsir imkanlarını zəiflətməyə çalışır. Somaliləndlə rəsmi əlaqələrin qurulması İsrailə kəşfiyyat, hərbi-logistik və diplomatik baxımdan əlavə üstünlüklər verir. Bu, eyni zamanda İsrailin ərəb və müsəlman ölkələrinin təsir dairəsindən kənarda alternativ tərəfdaşlar formalaşdırmaq strategiyasına uyğundur”.

Siyasi şərhçi əlavə edib ki, ununla yanaşı, İsrail Somaliləndi tanımaqla beynəlxalq sistemə siyasi mesaj da verir.

“Tel-Əviv faktiki olaraq nümayiş etdirir ki, mübahisəli ərazilərin tanınması məsələsində öz maraqlarına uyğun selektiv yanaşma tətbiq edə bilər. Bu addım İsrailin Fələstin məsələsində üzləşdiyi beynəlxalq təzyiqlərə qarşı balans yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər. Yəni İsrail demək istəyir ki, əgər beynəlxalq hüquq ona qarşı siyasi alətə çevrilirsə, o da öz maraqları çərçivəsində presedentlər yarada bilər.

Təbii olaraq, İsrailin bu addımının digər ölkələr tərəfindən təkrarlanıb-təkrarlanmayacağı məsələsi gündəmə gəlir. Bu kontekstdə ilk ağla gələn ölkələr ABŞ və Azərbaycandır. Lakin hər iki ölkənin analoji addım atmayacağı əvvəlcədən bəllidir.

Məsələn, ABŞ ilə İsrail Somalilənd məsələsində eyni xətt üzrə hərəkət etmir. ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, “ABŞ olaraq Somaliləndin müstəqilliyini tanımağa hazır deyilik”. Vaşinqton Somaliləndin de-fakto vəziyyətini qəbul etsə də, de-yure tanınmanın doğura biləcəyi nəticələrin fərqindədir və hazırkı mərhələdə belə bir qərara getmək istəmir.

ABŞ üçün əsas problem presedent məsələsidir. Vaşinqton yaxşı anlayır ki, ərazi bütövlüyü prinsipinin selektiv şəkildə pozulması uzunmüddətli perspektivdə onun qlobal maraqlarına ciddi zərər vura bilər. Somaliləndin tanınması yalnız Afrika Buynuzu ilə məhdudlaşmır, bu addım dünya üzrə onlarla mübahisəli region üçün hüquqi və siyasi əsas yarada bilər. ABŞ isə nə Ukrayna kontekstində, nə Yaxın Şərqdə, nə də Asiya-Sakit okean bölgəsində bu cür presedentlərin formalaşmasında maraqlıdır.

Bundan başqa, ABŞ üçün Somali Federativ Respublikası ilə münasibətlər, terrorla mübarizə, regionda Türkiyə ilə koordinasiya və beynəlxalq legitimlik İsrailin daha dar təhlükəsizlik yanaşmasından daha önəmlidir. Bu nöqtədə Türkiyə faktoru xüsusi əhəmiyyət kəsb edir. ABŞ Somalidə Türkiyənin mərkəzi hakimiyyətlə qurduğu institusional münasibətləri nəzərə almaya bilməz. Somaliləndin tanınması Ankara–Vaşinqton xəttində əlavə gərginlik yarada bilər ki, ABŞ hazırda buna ehtiyac duymur.

Azərbaycana gəldikdə isə, Azərbaycan Xarici İşlər Nazirliyi Somalidəki son hadisələrlə bağlı bəyanatında bildirib ki, “Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Somali Federativ Respublikasının suverenliyini, birliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir”.

Bəyanatda vurğulanıb ki, Somali Federativ Respublikasının “Somalilənd” bölgəsinin tanınması beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə ziddir. Azərbaycan beynəlxalq hüququ pozaraq öz ərazilərində xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübədən keçmiş bir dövlətdir və məhz bu prinsiplərə, eləcə də öz tarixi təcrübəsinə əsaslanaraq bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunmasına qətiyyətlə sadiq qalır.

İsrailin Somaliləndi müstəqil və suveren dövlət kimi tanıması regiondan kənarda baş versə də, presedent yaradan bir addımdır və məhz buna görə Bakının reaksiyası gecikmədən gəlib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı formal olaraq Somali ilə bağlı olsa da, əslində daha geniş geosiyasi mesaj daşıyır”,-deyə o əlavə edib.

Turan Rzayevin fikrincə, əsas məqam ondan ibarətdir ki, Azərbaycan uzun illər separatizm və birtərəfli “tanınma” cəhdlərinin birbaşa zərərini yaşamış bir dövlətdir:

“Qarabağ məsələsi fonunda Bakı üçün beynəlxalq hüququn ən həssas xətti məhz ərazi bütövlüyü prinsipidir. İsrailin Somaliləndlə bağlı qərarı isə bu prinsipin selektiv şəkildə tətbiq oluna biləcəyinə dair təhlükəli nümunə yaradır. Məhz buna görə Azərbaycan bəyanatında “beynəlxalq hüququn norma və prinsipləri” və “öz ağrılı təcrübəsi” ifadələrini xüsusi olaraq ön plana çıxarır.

Digər tərəfdən, Bakı bu bəyanatla yalnız Somali ilə həmrəylik nümayiş etdirmir, eyni zamanda beynəlxalq ictimaiyyətə açıq mesaj verir ki, ərazi bütövlüyü məsələsində ikili standartlar qəbuledilməzdir. İsrail–Azərbaycan münasibətlərinin strateji səviyyədə yaxın olmasına baxmayaraq, bu məsələdə Bakı prinsipial mövqeyindən geri çəkilmir. Bu isə göstərir ki, Azərbaycan üçün bu mövzu taktiki deyil, fundamental xarici siyasət xəttidir”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:28
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Dekabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see197

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri