Icma.az
close
up
RU
Avropa təcrübəsi tətbiq edilir: İş saatları qısaldılacaq?

Avropa təcrübəsi tətbiq edilir: İş saatları qısaldılacaq?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Avropa təcrübəsinə uyğun iş saatlarının dəyişdirilməsi məsələsi uzun illərdir təkcə bizim ölkədə deyil, bir sıra dövlətlərdə də müzakirə olunur. Hətta Avropa İttifaqında bununla bağlı geniş debatlar aparılıb. Əmək bazarı üzrə mütəxəssislər hesab edirlər ki, həftəlik minimum 40 saatlıq iş rejimi insanlarda stres və gərginlik yaradır, motivasiyanın azalmasına və nəticə etibarilə xroniki yorğunluğun formalaşmasına səbəb olur".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. 
O, bildirib ki, Avropada bu istiqamətdə ilk təcrübələrdən biri İsveçdə həyata keçirilib:
"Belə ki, 40 saatlıq iş rejimi əvəzinə 32 saatlıq iş qrafiki tətbiq olunub və nəticələr müsbət olub ki, işçilərin stresi azalıb, münaqişələrin sayı aşağı düşüb, motivasiya və ümumi əmək məhsuldarlığı artıb. Məlumdur ki, insan uzun müddət psixoloji və zehni yorğunluq yaşadıqda onun əmək məhsuldarlığı da azalır. Hazırda Almaniyada da bu istiqamətdə pilot layihələr icra olunur, digər Qərbi Avropa ölkələrində isə qısaldılmış iş rejimi fraqmentar şəkildə tətbiq edilir və müsbət nəticələr verir".
Ekspert bildirib ki, Azərbaycanda isə bu praktikanın geniş tətbiqi bir qədər çətindir:
"Qeyri-rəsmi iqtisadiyyatın mövcudluğu, keçmiş SSRİ-dən qalan idarəetmə modeli və plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçid prosesinin hələ də davam etməsi bu məsələni mürəkkəbləşdirir. Üstəlik, bu yanaşma hazırkı qanunvericilikdə nəzərdə tutulmayıb və ümumi tətbiq baxımından effektiv olmaya bilər. Çünki əmək qabiliyyətli əhalinin təxminən 50–60 faizi dövlət və dövlət maliyyəli qurumlarda çalışır və bu qurumlar birbaşa vətəndaşlarla xidmət münasibətindədir. Belə şəraitdə iş saatlarının azaldılması əlavə çətinliklər yarada bilər".
Onun sözlərinə görə, qısaldılmış iş rejimi pilot layihə formasında tətbiq oluna bilər:
"Məsələn, İT sektoru, elm sahəsi və nəticə yönümlü fəaliyyət sahələri üçün bu model daha uyğun görünür. Burada əsas məsələ səmərəliliyin ölçülə bilən meyarlarının müəyyən edilməsidir. Yəni işçi 2–3 saat daha tez işdən ayrılırsa, həmin vaxt ərzində onun nə qədər effektiv nəticə göstərdiyi dəqiq ölçülməlidir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Dekabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri