İsrailin Sumud Donanmasına hücumu nəticəsində saxlanılan türklərin sayı 48 ə çatıb YENİLƏNİB
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanmasına hücumu zamanı Təl-Əviv hökuməti tərəfindən saxlanılan türk fəalların sayı 48-ə çatıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Qlobal Sumud Donanmasının Türkiyə Nümayəndəliyi məlumat yayıb.
Nümayəndəlikdən paylaşılan siyahıda saxlanılan şəxslərin adları, mindikləri gəmi və qayıqların adları da açıqlanıb.
***
07:14
İsrail hərbçiləri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 13 gəmisini ələ keçirib.
APA xəbər verir ki, bu barədə beynəlxalq missiyanın informasiya komitəsi məlumat yayıb.
“Al Mayadeen” telekanalının komitəyə istinadən yaydığı məlumata görə İsrail hərbçiləri gəmilərə qarşı güc tətbiq edir, qəsdən toqquşmalar aparır, su şırnaqlarından istifadə edir və saxlanılan fəallarla pis rəftar edir.
Qeyd edək ki, daha əvvəl dörd gəminin tutulduğu və 70 fəalın saxlandığı bildirilirdi.
Donanmanın Türkiyə nümayəndəliyi də İsrailin gəmilərə hücumu ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, ümumilikdə 15 gəminin ələ keçirildiyi, saxlanılan türk fəalların sayının isə 25-ə çatdığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 Oktyabr 2025 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















