İsrailin yuxularını qaçıracaq həmin o FOTO: Öldürüldüyü iddia edilmişdi
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
İyunun 13-də İsrailin hücumlarında həyatını itirdiyi iddia edilən İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, general-mayor İsmayıl Qaani Tehranda keçirilən nümayişlərə qatılıb.
Turkustan.az xəbər verir ki, İsrailin hücumunda həyatını itirən generallar arasında Qaaninin də olduğu iddiaları davam edərkən, İranın rəsmi xəbər agentliyi İRNA, Qaaninin 12 gün sonra ilk dəfə paytaxt Tehranda göründüyünü bildirib.
Xəbərdə Qaaninin İsraillə atəşkəsdən sonra Tehranın İnqilab meydanında keçirilən "qələbə şənliklərinə" qatıldığını əks etdirən görüntülər paylaşılıb.
Görüntülərdə Qaaninin mühafizəçilərinin müşayiəti ilə ərazidə vətəndaşlarla söhbət etdiyi görülüb. İRNA həmin görüntüləri “İsrailin 12 günlük təcavüzündən sonra general Qaaninin ilk görüntüləri” qeydi ilə paylaşıb.
Amerikanın “The New York Times” qəzeti iyunun 13-də “adı açıqlanmayan İran mənbələrinə” istinadən yazıb ki, “Qüds” qüvvələrinin komandanı general-mayor Qaaninin İsrailin İrana hücumları nəticəsində öldürüldüyü bildirilir. İran və İsrail arasında təxminən iki həftədir davam edən qarşılıqlı hücumların ardınca atəşkəs xəbərinin ardınca böyük qruplar qələbəni qeyd etmək üçün paytaxt Tehranda İnqilab meydanına toplaşıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 25 İyun 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















