İsraillə iqtisadi əlaqələrin gücləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 21 noyabr, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı agentliyin icraçı direktoru Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri, Azərbaycan və İsrail arasında iqtisadi və ticarət əlaqələrinin cari vəziyyəti barədə məlumat verib.
Səfir Ronen Krausz son dövrdə iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və bu dinamikanın həm iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də yeni biznes təşəbbüslərinin yaranması üçün əlverişli şərait yaratdığını qeyd edib.
Görüşdə, həmçinin Azərbaycan ilə İsrail arasında potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi və qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı, informasiya texnologiyaları, su ehtiyatlarının idarə edilməsi və innovasiyalar kimi sahələrdə tərəfdaşlıq imkanları müzakirə olunub. Tərəflər özəl şirkətlər arasında əlaqələrin gücləndirilməsi, biznes missiyaların təşkili və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 21 Noyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















