Icma.az
close
up
RU
İsraillə yüksək səviyyəli diplomatik əlaqələri olan Azərbaycanın “Avraam razılaşması”na ehtiyacı yoxdur

İsraillə yüksək səviyyəli diplomatik əlaqələri olan Azərbaycanın “Avraam razılaşması”na ehtiyacı yoxdur

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın bir çox ravvinləri prezident Trampdan “Avraam razılaşması”na Türk dövlətlərinə də şamil etməyi xahiş edirlər. Belə ki, 50-dən çox ABŞ ravvinləri İbrahim razılaşmalarının genişləndirilməsi və Türk dövlətlərinin (Azərbaycan, Qazaxıstan və Özbəkistan) daxil olması ilə bağlı ABŞ prezidenti Donald Trampa müraciət edib.Azərbaycanın “Avraam razılaşması”na qoşulmasına ehtiyacı varmı

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika yəhudi ravvinlərinin prezident Donald Trampa müraciəti ilə bağlı “Fors” jurnalında məqalə çıxıb və bu yazıda göstərilir ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan “Avraam razılaşması”na üzv olmaq üçün qoşulacaq. Deputat Azərbaycanın bu anlaşmaya qoşulacağına inanmır. Nəsib Məhəməliyevin fikrincə, “Avraam razılaşması” indiki halda Azərbaycanın xarici siyasəti ilə o qədər də uzlaşmır.

Nəsib Məhəməliyev

“Azərbaycan Yaxın Şərqdəki regional siyasəti nəzərdə tutaraq, strateji müttəfiqimiz olan Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə aparılan siyasətlə yanaşı, “Avraam razılaşması”na qoşulması müttəfiqlərimiz arasında müəyyən narazılıqlara səbəb ola bilər. Eyni zamanda bu addım İslam dünyasında anlaşılmaya bilər. Çünki “Avraam razılaşması”na bəzi İslam ölkələri, Bəhreyn, İordaniya, Mərakeş, Sudan bu ölkələr qoşulub. Mənim aldığımm məlumata görə, bir-iki ərəb ölkəsi də buna qoşulmaq istəyir. Ancaq indiki geosiyasi şərait Azərbaycanın bu razılaşmaya qoşulması üçün o qədər də uyğun deyil. Çünki onlar konqresdə 907-ci maddənin aradan qaldırılması ilə bağlı təşəbbüs göstərilir, Azərbaycana müəyyən dəstək verilir”-deyən deputatın fikrincə, onsuz da Azərbaycanın İsraillə çox möhkəm diplomatik, iqtisadi və mədəni əlaqələri var.

Nəsib Məhəməliyev bildirib ki, İsrail dövləti ilə Azərbaycan arasında konkret şərtlər üzrə formalaşmış siyasət və münasibətlər hər iki dövləti qane edir. Deputat indiki vəziyyətdə “Avraam razılaşması”na Azərbaycanın qoşulmasının Azərbaycan üçün faydalı ola biləcəyini düşünmür.

“Azərbaycanın “Avraam razılaşması” xüsusi ehtiyacı olduğunu düşünmürəm. Bizim gözəl münasibətlərimiz var”-deyə deputat qeyd edib.

“Avraam razılaşması” nədir?

“Avraam razılaşması” İsrail və bir sıra ərəb dövlətləri arasında 2020-2021-ci illərdə imzalanmış bir sıra normallaşdırma sazişləridir. Yəhudilik, Xristianlıq və İslamda mövcud olan patriarx İbrahimə aiddir. Sazişlərin bağlanmasında ABŞ prezidenti Donald Trampın ilk kabineti (2017-2021) əsas rol oynayıb. Onların bu qənaətə gəlməsinə İsrailin İordan çayının qərb sahilinin bir hissəsini ilhaq etmək planlarını təxirə salmaq barədə razılaşması təsir edib.

“Avraam razılaşması”na əsasən İsrail Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Mərakeş ilə sülh müqavilələri imzalayıb. Sudan da İsraillə münasibətlərin normallaşdırılması prosesinə başlayıb. Avropa ölkələri razılaşmaları alqışlayıb, eyni zamanda İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə sadiqliklərini təsdiqləyiblər. İran, bir sıra ərəb ölkələri və Fələstin razılaşmaları pisləyib.

“Avraam razılaşması” region ölkələri arasında iqtisadi və müdafiə sahəsində əməkdaşlığı təşviq edir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Mart 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri