Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

İşsizə dəstək, məşğulluğa “yaşıl” işıq!

İşsizə dəstək, məşğulluğa “yaşıl” işıq!

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yeni iqtisadi çağırışlar fonunda işsiz əhalinin sosial müdafiəsinin daha təkmil və dayanıqlı mexanizmlər əsasında qurulması zərurətə çevrilib. Bu baxımdan, ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artmışdır. İşsizlik və yoxsulluğun səviyyəsi sürətlə azalaraq 5,5 faizə düşmüşdür. Sosial ödənişlərdə isə dəfələrlə artımlar edilmişdir. Azərbaycanda işsizlikdən sığorta proqramlarının təşkili və inkişafı birbaşa dövlətin sosial siyasətinə bağlıdır.

Dövlət bu sahədə əsas təşkilatlandırıcı və nəzarətçi orqan kimi çıxış edir, hüquqi və institusional mexanizmləri təkmilləşdirir, proqramların effektivliyini artırır. Həmçinin sığorta fonduna əlavə vəsait ayırmaq, riskləri bölüşdürmək və sistemin dayanıqlılığını qorumaq üçün müxtəlif iqtisadi və sosial alətlərdən istifadə edilir, işsizlərin məşğulluq imkanlarının artırılması üçün müxtəlif proqramlar və layihələr həyata keçirilir. Bu proqramlar çərçivəsində işsizlərə peşə hazırlığı kursları, təlimlər, yeni iş yerlərinin yaradılması və işə düzəlmək üçün məsləhət xidməti təqdim olunur.

Dövlətin sosial müdafiə siyasəti, eyni zamanda, işsizlikdən sığorta proqramlarının əhatə dairəsinin genişlənməsinə, əhalinin bütün təbəqələrinin bu imkanlardan bərabər şəkildə faydalanmasına şərait yaradır. İşsizlikdən sığorta sistemi yalnız fərdi səviyyədə deyil, bütövlükdə əmək bazarı və iqtisadiyyat üçün böyük əhəmiyyət daşıyır. Bu mexanizm cəmiyyətin sosial sabitliyinin qorunmasına, işçi qüvvəsinin motivasiyasının artırılmasına və işsizlik səviyyəsinin idarə olunmasına kömək edir.

İşsizlikdən Sığorta Fondunun əsas məqsədi işsiz qalan şəxslərə maddi dəstəkdir. Fondda toplanan vəsaitlər sığorta haqlarından, işəgötürən və işçilərin ayırmalarından, dövlətin əlavə yardımlarından və digər qanuni mənbələrdən formalaşır. Fondun idarə olunması şəffaflıq, səmərəlilik və hesabatlılıq prinsiplərinə əsaslanır. Fonddan ayrılan vəsaitlər işsiz qalan şəxslərə yönəldilir və onların yenidən işə düzəlməsi dövründə sosial təminat kimi istifadə olunur. Fondun gəlirlərinin əsas hissəsini işəgötürənlər və işçilər tərəfindən ödənilən sığorta haqları təşkil edir. Bu məbləğlər dövlət tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır və illik büdcə planlaması zamanı nəzərə alınır. Sosial müdafiə xərclərində artım dinamikası sosial islahatların davamlı olduğunu, əhalinin rifahının yüksəldilməsi və həssas qrupların sosial müdafiəsinin dövlətin diqqət mərkəzində dayandığını bir daha təsdiqləyir.

İşsiz vətəndaşlara sosial dəstək əsasən işsizlik müavinəti formasında olur: bu, işini itirmiş şəxslərə müəyyən müddət ərzində dövlət tərəfindən verilən maddi yardımdır, onların sosial rifahını qorumağı və yeni iş tapmalarına kömək etməyi hədəfləyir. Bu, rəsmi işsiz statusu almış şəxslər üçün nəzərdə tutulub. İşsizlikdən sığortanın məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Ölkəmizdə İşsizlikdən Sığorta Fondunun yaradılması müvafiq sığorta ödənişləri ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsində, məşğulluq xidmətlərinin inkişaf etdirilməsində də mühüm rola malikdir. İctimaiyyətlə əlaqələr şöbəsindən sorğumuza verilən cavaba görə, fond gələn il də bu sahədə mühüm dəstək olacaq. Belə ki, İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə gəlirləri 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 31,9 milyon manat, yaxud 15,5 faiz çox olmaqla 238,3 milyon manat həcmində nəzərdə tutulur. Fondun 2026-cı il üzrə xərclərinin 266,4 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş göstəricisindən 5,7 milyon manat və ya 2,2 faiz çoxdur.

Proqnozlaşdırılan xərclər özünüməşğulluq proqramının, peşə hazırlığı və əlavə təhsilin, haqqı ödənilən ictimai işlərin təşkilinə, işsizliyə görə sığorta ödənişlərinə, peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, peşə standartlarının hazırlanmasına, sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə və digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcək. Həmin xərclərin işsizliyə görə sığorta ödənişləri, həmçinin özünüməşğulluq proqramının icrası, peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və əlavə təhsilin təşkili, peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, peşə standartlarının hazırlanması, sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi, sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinə yönəldilməsi nəzərdə tutulur.

Ümumilikdə, gələn il İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. O cümlədən, 2026-cı ildə 170 minə yaxın şəxsin işlə təminatına dəstək veriləcək. Ötən dövrdə 111 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün proqramın dəstəyi ilə kiçik bizneslər yaradılıb. Gələn il də aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı davam etdiriləcək. Növbəti ildə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Onlardan 8 mini üçün fondun vəsaiti hesabına, 7 mini üçün isə Dünya Bankı layihəsi çərçivəsində isə kiçik ailə təsərrüfatları qurulacaq.

Qeyd etdiyimiz kimi, İşsizlikdən Sığorta Fondu işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsində də dəstəkdir. Gələn il 17500-ə yaxın şəxsin Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı kurslarına cəlb edilməsi, 100 yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və 135 peşə və kvalifikasiya standartlarının yenilənməsi, 180 əmək yarmarkasının keçirilməsi də nəzərdə tutulur və növbəti ildə peşəyönümü məsləhət xidmətləri ilə əhatə olunacaq şəxslərin sayının 230 mindən çox olacağı gözlənilir.

Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, cari ilin 10 ayında məşğulluq orqanları 158 min nəfər işsiz və işaxtaran şəxsi işlə təmin edib. 2026-cı ildə isə 170 minə yaxın insanın işə düzəlməsinə dəstək veriləcəyi gözlənilir. Əhalinin məşğulluğunun təmin edilməsində fəal tədbirlərdən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək. İşsizlikdən Sığorta Fondunun büdcəsinin xərclərinin 29 faizini təşkil edəcək.

Bütün bunlar bir daha təsdiq edir ki, ölkəmizdə əhalinin rifahının dayanıqlılığını gücləndirməyə yönəlmiş kompleks məşğulluq tədbirləri davamlı olaraq genişlənir. Sosial müdafiə mexanizmlərinin gücləndirilməsi ilə yanaşı, məşğulluq imkanları artırılır, dəstək proqramları genişləndirilir, o cümlədən özünüməşğulluğa meydan açılır.

Mustafa KAMAL
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri