Dünya çempionu işsizə çevrildi
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Poq Poqba gözlənilən aqibətlə üzləşib. O, artıq “Yuventus”a məxsus deyil.
İtaliya klubu fransız yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. “Yuventus”un saytının məlumatına görə, dünya çempionu dekabrın 1-dən azad agent statusuna malik olacaq.
Xatırladaq ki, 31 yaşlı futbolçu antidopinq qaydalarını pozduğu üçün fevralın 29-da 4 illik diskvalifikasiya edilmiş, oktyabrda isə cəzası 18 aya endirilmişdi. Pol gələn ilin martında yaşıl meydanlara qayıda biləcək.
Xatırladaq ki, Poqba “Yuventus”a ikinci dəfə 2022-ci ildə “Mançester Yunayted”dən keçmişdi. O, bu klubda 2012-16-cı illərdə də çıxış etmişdi.
Baxış sayı:92
Bu xəbər 17 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















