Icma.az
close
up
RU
İŞSİZLƏRİN İCBARİ TİBBİ SIĞORTA HAQQINI KİM ÖDƏYƏCƏK? “Yenilik ona hesablanıb ki, vətəndaş çaşqın olsun...”

İŞSİZLƏRİN İCBARİ TİBBİ SIĞORTA HAQQINI KİM ÖDƏYƏCƏK? “Yenilik ona hesablanıb ki, vətəndaş çaşqın olsun...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Əkrəm Həsənov: ""ƏDV geri al”dan istifadə edirsə, soruşacaqlar: “Gəlirin yoxdursa, alış-verişi nə ilə edirsən?”"

Milli Məclisin dünən keçirilən iclasında büdcə paketi çərçivəsində bir sıra qanunlara, o cümlədən “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər qəbul edilib. Son aylarda cəmiyyəti narahat edən əsas suallardan biri isə bu olub: işsizlərin icbari tibbi sığorta haqqını kim ödəyəcək?

İqtisadçı,hüquqşünas Əkrəm Həsənov məsələyə aydınlıq gətirərək bildirib ki, ictimai müzakirələrdə yayılan “işsizlər özləri ödəməlidir” iddiaları yanlışdır və qanunun son variantı bunu təsdiqləmir.

Qanunda hansı dəyişiklik edilib?

Ə.Həsənov deyib ki, Qanuna yeni əlavə olunan 15-2.2.3-1-ci maddə belə müəyyən edir: Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər.

Bundan sonra 15-2.2.4-cü maddə aşağıdakı redaksiyada olacaq: Bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü və 15-2.2.3-1-ci maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum çıxış edir.

Ekspertin sözlərinə görə, sadə dildə bu belə deməkdir:

İşçi üçün sığorta haqqını işəgötürən ödəyir;

Sahibkar sığorta haqqını özü ödəyir;

Qeyri-formal məşğul şəxs özü ödəyir;

Qalan bütün kateqoriyalar üzrə ödənişi dövlət həyata keçirir.

“Göründüyü kimi, burada işsizlərin sığorta haqqını özləri ödəməsi barədə heç nə deyilmir”, – Həsənov bildirib.

Ajiotaj necə yarandı?

Əkrəm Həsənov qeyd edib ki, ajiotaj məhz qeyri-formal məşğulluqla bağlı bənddən qaynaqlanıb. Rəsmi strukturlar qanun layihəsini ictimaiyyətə açıqlamadan ümumi məlumat verdiyi üçün mətbuat bunu yanlış şəkildə yozub: “Guya işsizlər özləri sığorta haqqı ödəməlidir. Biz ekspertlər də layihəni görmədən dəqiq fikir bildirə bilmirdik. Böyük ehtimalla hökumət bilərəkdən belə anlaşılmazlıq yaradıb. Ya da sadəcə məsələni başa düşmürdülər”.

İşsiz və qeyri-formal məşğul fərqli anlayışlardır

Ə.Həsənovun sözlərinə görə, “işsiz” heç bir gəliri olmayan şəxs deməkdir, lakin “qeyri-formal məşğul” qanunvericiliyin izahına görə, vergidən yayınaraq rəsmi qeydiyyatsız gəlir əldə edən şəxsdir.

“Qanunun özündə açıq yazılıb ki, qeyri-formal məşğulluq məsuliyyət doğurur. Yəni bu, qanunu pozan şəxsdir. Dövlət belə fəaliyyətləri aşkar edib vergi tutmalıdır. Qeyri-leqal fəaliyyətlə məşğul olan şəxsdən leqal ödəniş – sığorta haqqı tələb etmək isə absurddur”, – Ə.Həsənov vurğulayıb.

Gələcəkdə məmurların sui-istifadə riski

Ekspert bildirib ki, 2025-ci ildən sonra xüsusilə vergi orqanlarının vətəndaşların hesablarına daxil olan vəsaiti “qeyri-formal məşğulluq” kimi yozaraq əhaliyə təzyiq etməsi mümkündür: “Bir şəxsin kartına pul daxil olubsa, məmur deyəcək ki, deməli, gəlir əldə edirsən. ‘ƏDV geri al’dan istifadə edirsə, soruşacaqlar: “Gəlirin yoxdursa, alış-verişi nə ilə edirsən?’”

Ə.Həsənov vurğulayıb ki, savadlı vətəndaş bu suallara cavab tapar: yaxın qohumun göndərdiyi pul, miras, hədiyyə və s. amma çoxları buna hazır olmayacaq.

Ekspertdən tövsiyə

Əkrəm Həsənov işsiz və rəsmi gəliri olmayan şəxslərə ehtiyatlı olmağı məsləhət görüb: “Çalışın şəxsi kartlarınızdan istifadə etməyin. Qohumunuzun kartından istifadə edin və ya nağd ödəniş edin. Dünyada nağdsız ödənişə keçid sürətlənir, amma bizdə vəziyyət fərqlidir. Məmurlarla qanun dilində danışmaq çətindir, min cür hiylələri var”.

O bildirib ki, bu addımlar vətəndaşın özünü qoruması üçündür: “Yenilik elə ona hesablanıb ki, vətəndaş çaşqın olsun, qorxsun və nəticədə dövlətin ödəməli olduğu sığorta haqqını özü ödəsin”.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri