Bu şəxslər icbari tibbi siğorta ilə müalicə olunur
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara 3315 adda tibbi xidmət təqdim olunur. Bu xidmətlər əsasən ölüm riski yüksək və son 5 ildə əlilliyə səbəb olan xəstəliklərin müalicəsinə yönəlib.
Metbuat.az-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova məlumat verib.
Onun sözlərinə görə, ilin sonuna qədər ambulator şəraitdə təyin edilən bəzi dərman vasitələrinin də xidmət paketinə daxil edilməsi planlaşdırılır. Bu dərmanlara həzm sistemi ilə bağlı preparatlar və digər vacib vasitələr daxildir.
Bununla yanaşı, kardioloji, travmatoloji, oftalmoloji və digər ixtisaslar üzrə xidmətlərin genişləndirilməsi nəzərdə tutulur.
Leyla Lətifova qeyd edib ki, hədəflər arasında onkoloji xəstəliklərin bir hissəsinin də xidmət paketinə daxil edilməsi yer alır. Bu istiqamətdə Milli Onkologiya Mərkəzi ilə danışıqlar aparılır. Onkoloji xəstəliklərin müalicəsi yüksək maliyyə vəsaiti tələb etdiyindən, proses mərhələli şəkildə həyata keçirilir.
Sevinc İbrahimzadə/ Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 20 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















