ƏƏSMN: Gələn il işsizlikdən sığorta fondunun xərcləri artacaq
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İşsizlikdən sığorta fondunun xərcləri gələn il 5,7 milyon manat artaraq 266,4 milyon manata çatacaq.
Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, növbəti ildə 450 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq
Gələn il fondun gəlirlərinin bu ilə nisbətən 31,9 milyon manat (15,5 faiz) çox olmaqla 238,3 milyon manat olması nəzərdə tutulur.
İSF-nin xərclərinin isə cari illə müqayisədə 5,7 milyon manat (2,2 faiz) çox olmaqla 266,4 milyon manat olacağı proqnozlaşdırılır.
Bu xərclərin işsizliyə görə sığorta ödənişləri və həmçinin
- özünüməşğulluq proqramının icrası,
- peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və əlavə təhsilin təşkili,
- peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi,
- peşə standartlarının hazırlanması,
- sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi,
- sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinə yönəldilməsi nəzərdə tutulur.
Ümumilikdə İSF-nin vəsaiti hesabına 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması işləri aparılacaq.
İşsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasının uğurla davam etdirilməsində İSF gələn il də mühüm dəstək olacaq.
Növbəti ildə 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması nəzərdə tutulur.
Onlardan 8 mini üçün fondun vəsaiti hesabına, qalan 7 mini üçün Dünya Bankı layihəsi çərçivəsində təsərrüfatlar yaradılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Noyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















