İstanbul razılaşmaları Ukrayna münaqişəsinin nizamlanması üçün əsas ola bilər
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Ukrayna münaqişəsinin nizamlanması üçün 2022-ci il İstanbul müqavilələrinin layihələri əsas götürülə bilər. Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff CNN telekanalının efirində bildirib.
"Ruslar açıq şəkildə bildirdilər ki, bu münaqişəyə]son qoymağa hazırdırlar. Çox inandırıcı və mənalı danışıqlar oldu, nəticədə İstanbul protokolu sazişləri imzalandı. Biz imzalamağa çox yaxın idik və düşünürəm ki, bu formatdan Ukrayna ilə Rusiya arasında sülh sazişinin bağlanması üçün etalon kimi istifadə edəcəyik. Bu, gözəl gün olacaq", - o deyib.
Xüsusi hərbi əməliyyat başlayandan Rusiya və Ukrayna danışıqlar aparır - əvvəlcə Belarus ərazisində, 2022-ci ilin mart ayının sonunda isə İstanbulda. Bu vaxta qədər nümayəndə heyətləri, xüsusən də Ukraynanın neytral, bloklara qoşulmamaq statusuna sadiqliyini və öz ərazisində xarici silahların, o cümlədən nüvə silahlarının yerləşdirilməsindən imtinanı özündə əks etdirən saziş layihəsini paraflamışdı.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 24 Fevral 2025 07:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















