Icma.az
close
up
RU
İstanbul Təbii Sərvətlər Zirvəsində: Hər bir enerji növündən istifadəyə ədalətli yanaşma zəruridir

İstanbul Təbii Sərvətlər Zirvəsində: Hər bir enerji növündən istifadəyə ədalətli yanaşma zəruridir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Energetika naziri Pərviz Şahbazov İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində “Təchizatın təminatında dəyişən dinamikalar: çətinliklər və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib. 

Energetika naziri Azərbaycanın neft və təbii qaz təchizatçısı kimi strateji rolunun müasir reallıqlarda davam etdirilməsi, bu xüsusda Türkiyə ilə birgə reallaşdırılmış layihələrin  töhfələrinin artırılması və bu ölkəyə cari ildə təxminən 10 milyard kubmetr qaz tədarükünün planlaşdırılması kimi məqamlardan bəhs edib. Bildirilib ki, Türkiyə bizim üçün yalnız istehlakçı deyil, həm də tranzit ölkəsi kimi böyük əhəmiyyətə malikdir. Məhz bu marşrut vasitəsilə Azərbaycan enerji resurslarını Avropa ölkələrinə nəql edir. Nazir, həmçinin vurğulayıb ki, karbohidrogenlərə qarşı siyasət qlobal enerji sistemində qaz sektoruna investisiyaların azalmasına, enerji resurslarının bazarlara çatdırılmasını təmin edəcək infrastrukturların çatışmazlığına yol açmaqla qaz təchizatı planlarının reallaşdırılmasına mane olur: “Enerji mənbələrinə siyasi və ideoloji prizmadan yanaşmaq əvəzinə, real enerji strategiyalarının necə inkişaf etdiriləcəyi məsələsinə fokuslanmaq vacibdir. Çünki dünyada əhali, enerji tələbatı artır və gələcəkdə enerjini israf etmək lüksümüz olmayacaq. Məhz buna görə də biz hazırda mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsini prioritet kimi müəyyən etmişik. Bir sıra regional layihələrə start vermişik və bu layihələr reallaşarsa, enerji təhlükəsizliyi və ətraf mühitə müsbət töhfə verəcək.”

O da vurğulanıb ki, əgər Avropa böyük qaz tədarükü istəyirsə, bu istiqamətdə uzunmüddətli müqavilə mexanizmləri dəstəklənməlidir. Əks halda qaz hasilatına böyük sərmayə yatırmaq onu son təyinat nöqtəsinə çatdırmaq və bazarda satmaq üçün zəmanət olmadıqda riskli ola bilər. 

“Yaşıl enerji” interkonnektorlarına gəlincə bildirilib ki, Azərbaycan bu xüsusda Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan və Mərkəzi Asiya ölkələri ilə  əməkdaşlıq edir. Bu layihələr təkcə regionları əlaqələndirməyəcək, həm enerji, həm də iqlim təhlükəsizliyinə xidmət edəcək. Bu layihələr gələcəyin enerji layihələridir - deyə, nazir əlavə edib. 

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə İraq, Misir, Liviya, Bolqarıstan, Rumıniya və Moldova nazirləri də iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see173

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see154

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see153

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see151

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see151

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see147

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see147

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see141

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see140

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see138

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see137

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see135

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see126

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see125

Qubada ağır qəza: sürücü öldü, sərnişin xəsarət aldı

27 Sentyabr 2025 01:21see122

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see120

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see120

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see119

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri