İstanbula uçuşlara məhdudiyyət qoyulur
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçuşlara məhdudiyyət tətbiq edilir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, fevralın 20-də 10 faiz, fevralın 21-də isə 15 faiz uçuşlar ləğv ediləcək.
Sabiha Gökçen Beynəlxalq Hava Limanı Müdirliyi HEAŞ-dan verilən açıqlamada, Bütün sərnişinlərə uçuşların internet saytından və müvafiq hava xəttinin zəng mərkəzinin son vəziyyətini izləmələri tövsiyə olunur.
Qeyd edək ki, bir neçə gündür İstanbulda qarlı-şaxtalı hava hökm sürür. Yaxın günlərdəqar yağışının artacağı proqnozlaşdırılır.
Anar Əliyev

