Icma.az
close
up
RU
“İstanbulda ayda bir lirə ilə yaşadığı günlərdə də əqidəsindən dönməmişdi”

“İstanbulda ayda bir lirə ilə yaşadığı günlərdə də əqidəsindən dönməmişdi”

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə 1911-1913-cü illərdə İstanbulda yaşayıb. Bu qısa müddət onun dünyagörüşündə əsaslı dəyişikliklərə səbəb olub, sonrakı fəaliyyətində önəmli rol oynayıb.

1911-ci ilin iyul ayında Cənubi Azərbaycandan İstanbula gələn M. Rəsulzadə Türk Ocağı və “Türk Yurdu” jurnalının qurucuları ilə yaxın münasibətlər qurub, bu dövrdə müxtəlif məqalələr qələmə alıb. İstanbulda yaşadığı müddətdə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Gökalp və Yusuf Akçura kimi türkçülük hərəkatının öndərləri ilə daha sıx əməkdaşlıq edib. O, Ziya Gökalp haqqında yazdığı məqaləsində həmin dövrü bu şəkildə izah edib:

“Mərhum Ziya bəyi Nurosmaniyyədəki “Türk Yurdu” idarəxanasında görmüşdüm. Sakit, durğun, alçaqboy və şişman olan bu zat zahiri ilə üzərimdə pək müəyyən bir təsir buraxmamışdı… Bir az sonra mərhumun “Türk Yurdu”nda nəşr olunan “Türkləşmək, islamlaşmaq, müasirləşmək” məqalələri məni vəcdə gətirmişdi… Ziyanın son zamanlarda “türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm” şəklində ifadə etdiyi deviz türkçülük və xalqçılıq ümdələri üzərinə təşəkkül edən milliyyətpərvər Müsavat firqəsinin proqram müqəddiməsində yer tapdı.”

Daha sonra Rəsulzadə Ziya bəyin bu düşüncələrinin Azərbaycan bayrağında da yer aldığını qeyd edib, azərbaycanlı mütəfəkkirlər üzərində böyük təsiri olduğunu bildirib.

Rəsulzadə Yusuf Akçuranın istəyi ilə “Türk Yurdu” dərgisində “İran türkləri” adlı silsilə məqalələr yazıb. Eyni zamanda islamçı “Səbiül-rəşad” məcmuəsində yenə həmin mövzuda yazılar qələmə alıb. Həmçinin “Türk Yurdu” dərgisində Cəmaləddin Əfqaniyə aid “Vəhdəti-cinsiyyə fəlsəfəsi” və “Səadətin altı guşəli qəsri” adlı əsərləri tərcümə edərək dərc etdirib. “Türk Yurdu”nda onun "Odlu Türk" imzası ilə “Xüsusi müxbirimizdən: Bakıdan” adlı məqaləsi də işıq üzü görüb. Tərcüməçilik fəaliyyətini davam etdirən Rəsulzadə Maksim Qorkinin “Qadın-Ana” hekayəsini türk dilinə çevirərək “İctihad” dərgisində yayımlayıb. Ardınca Qorkidən və Tolstoydan başqa hekayələr də tərcümə edərək ayrıca bir kitab şəklində nəşr etdirib. Bu dövrdə “Təsviri-Əfkar” qəzetində də çalışıb.

Rəsulzadənin Cəmaləddin Əfqaniyə aid əsərləri tərcümə etməsi böyük maraq yaradıb. Krım türklərinin öndərlərindən Cəfər Seydahməd Krımər Rəsulzadənin 70-ci yaş günü münasibətilə qələmə aldığı məqaləsində yazıb:

“Adınızı Parisdəki tələbəlik zamanımda oraya göndərilən “Türk Yurdu” məcmuələrində görmüşdüm. Şeyx Cəmaləddin Əfqani haqqındakı məqalələriniz diqqətimi çəkmiş, bu günə qədər daima artan heyranlıqla bağlandığım o müstəsna şəxsiyyəti mənə sevdirmişdi”.

Professor Yavuz Akpınar tanınmış türk ziyalılarından Hüseyn Kazım Qədri bəyin Rəsulzadəyə xoş münasibəti olduğunu qeyd edib, həmin şəxsin Əli bəy Hüseynzadəyə məktub yazaraq İttihad və Tərəqqinin Məhəmmədəmin bəyə aylıq maaş verə biləcəyini bildirib.

Rəsulzadənin İstanbuldakı həyatı ağır çətinliklər içərisində keçsə də, orada qazandığı təcrübə və dünyagörüşü əsasında Bakıda önəmli yazılar yazmış, mühüm işlər görmüşdü. Rəsulzadə İstanbulda iranlı siyasətçilərdən Seyid Həsən Tağızadə ilə birgə yaşayıb. Tağızadə sonralar yazacaqdı ki, “Rəsulzadə İstanbulda ayda bir lirə ilə yaşadığı günlərdə də öz əqidəsindən dönməmişdi.” Bu dövrdə Məhəmmədəmin bəy dolanışıq üçün fars dili dərsləri də verib.

M. Rəsulzadənin S. H. Tağızadəyə yazdığı məktublardan onun bu dövrdə İstanbulda Fərəh mehmanxanasında qaldığını öyrənirik. Sonralar – 19 fevral 1924-cü ildə Tağızadəyə göndərdiyi bir məktubunda o illəri belə xatırlayırdı:

“İndi mənzilim Caharsuqapıda olduğu üçün hər gün evə qayıdarkən köhnə Əli Paşa Cümə Məscidinin qarşısından keçirəm. Fərəh binasını xatırlayıram”.

Yaxın silahdaşı Mirzəbala Məhəmmədzadə Rəsulzadənin İstanbuldakı ilk dövründə yazdığı məqalələrin əhəmiyyətini bu şəkildə dəyərləndirib:

“Məhəmmədəmin bəyin “Türk Yurdu”nda yazmağa başladığı “İran türkləri” silsilə məqalələri bir Azərbaycan türklüyünün mövcudiyyətinə işarət edən ilk məqalə sayıla bilər”.

Digər silahdaşı, professor Əhməd Cəfəroğlu isə Rəsulzadənin bu dövrünü belə xarakterizə edib:
“Əmin bəy burada Türk Ocaqlarının fəaliyyətində iştirak edib, bu surətlə daşıdığı türkçülük fikirlərini qüvvətləndirərək yeni bir hazırlıq həmləsi ilə 1913-cü ildə qovuşduğu ana yurdunun mətbuatına, gizli təşkilatlarına, mədəniyyət və təhsil müəssisələrinə girərək istiqlalçılığa gedən yolların bütün guşələrini tutmuşdur”.

1911-ci ilin oktyabr ayında Rəsulzadənin İstanbuldan göndərdiyi məktublardakı direktivlər əsasında Bakıda Müsavat Firqəsi qurulub. Şübhəsiz ki, bu firqənin nizamnaməsi də onun İstanbuldakı qazandığı düşüncələr əsasında formalaşdırılıb.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə əfv qərarı çıxıb, Rəsulzadə də Bakıya qayıdıb. Artıq Osmanlı mühitinə yaxından bələd olan Rəsulzadə Bakıdakı yazılarında oradakı hadisələrdən mütəmadi yazıb. Onun 7 iyun 1913-cü ildə “İqbal” qəzetində “Yeni Osmanlı kabinəsi və Tələt bəy”, “Şəlalə” dərgisinin 20 və 27 iyul 1913-cü il tarixli nömrələrində “Yeni lisançılar və türkçülər” başlıqlı məqalələri dərc edilib.

Həmçinin 1913-cü ilin iyun-iyul aylarında “İqbal” qəzetində “Türkiyədə qadınlar” adlı geniş həcmli yazısı işıq üzü görüb. 24 və 26 iyun 1916-cı ildə isə “Açıq söz” qəzetində “Orucluq xatirələri. İstanbulda Ramazanlıq” başlıqlı mühüm məqaləsi dərc edilib.

Beləliklə, Rəsulzadənin 1911-1913-cü illərdəki İstanbul həyatı onun dünyagörüşünə böyük təsir göstərib. Təsadüfi deyil ki, 5 il sonra o, müstəqil Azərbaycanın təmsilçisi olaraq İstanbulda olduğu zaman türk mətbuatı və siyasi elitası artıq onu tanıyırdı…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 31 Yanvar 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri