İstanbulda İsrail Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İstanbul, 19 aprel, Günel Karatepe, AZƏRTAC
İstanbulda İsrail ilə Fələstin arasında davam edən qarşıdurmanın dayandırılması məqsədilə “Fələstini dəstəkləyən parlamentlər qrupunun” ilk toplantısı baş tutub. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun ev sahibliyi ilə təşkil olunan tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Numan Kurtulmuş bu müharibənin dayandırılması istiqamətində hazırkı beynəlxalq sistemin fəaliyyətsizliyini vurğulayaraq qlobal güclərin dünyada ədaləti, haqqın müdafiəsini və tarazlığı təmin etmək güc və qabiliyyətini itirdiyini deyib.
Tədbirdə çıxış edən Türkiyə Prezidenti toplantının əsas məqsədinin İsrail ilə Fələstin arasında, o cümlədən bölgədə sülhün təmini və bəşəri dəyərlərin müdafiəsi olduğunu qeyd edərək, qlobal sabitliyin yolunun Yaxın Şərqdən keçdiyini bildirib.
Toplantıda ölkəmizi təmsil edən Milli Məclis sədrinin müavini Əli Əhmədov deyib ki, Azərbaycan sülh, əməkdaşlıq ideallarına və prinsiplərinə ürəkdən bağlı ölkədir. Vaxtilə işğala və etnik təmizlənməyə məruz qalmış Azərbaycan müharibə və qarşıdurmaya deyil, sülh və əməkdaşlığa üstünlük verir. Azərbaycan cari ilin yanvarında Qəzza bölgəsində əldə edilmiş atəşkəsi alqışlayır, müvafiq qaydada yerinə yetiriləcəyi və davamlılığına ümidvardır.
O, bildirib ki, ölkəmiz bütün tərəfləri təmkinli olmağa, onsuz da həssas olan atəşkəsə təhlükə yarada biləcək və vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.
Tədbir digər çıxışlar və mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Aprel 2025 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















