Icma.az
close
up
RU
İstanbulda qlobal iqlim məsələləri müzakirə olunub

İstanbulda qlobal iqlim məsələləri müzakirə olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

İstanbul, 2 sentyabr, Günel Karatepe, AZƏRTAC

İstanbulda BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və TÜBİTAK-ın tərəfdaşlığı ilə “Cleantech Days”-Qlobal Təmiz Texnologiya İnnovasiya Proqramının (GCIP) illik qlobal forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən təmiz texnologiya sahibkarlarını, yüksək vəzifəli şəxsləri, innovatorları və ekspertləri bir araya gətirən tədbir təmiz texnologiya innovasiyalarının inkişafı, sahibkarlığın dəstəklənməsi və yaşıl iqtisadiyyatların təşviqi məsələlərini müzakirə etmək məqsədi daşıyıb.

Tədbirdə Azərbaycanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov təmsil edib.

Forum çərçivəsində “Regional əməkdaşlıq vasitəsilə yaşıl innovasiyanın irəlilədilməsi: Türk Dövlətləri Təşkilatının (TDT) rolu” mövzusunda panel iclası keçirilib.

UNIDO-nun Türkiyədəki daimi nümayəndəsi Süleyman Yılmazın moderatorluğu ilə keçirilən paneldə TDT-nin Baş katibi Kubaniçbek Ömüraliyev, UNIDO-nun Baş direktorunun müavini, texniki əməkdaşlıq və davamlı sənaye inkişafı üzrə direktoru Ciyong Zou, TÜBİTAK-TEYDEB-in prezidenti Mehmet Aslan və Türkiyənin Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr üzrə Baş direktoru Aylin Sekizkök iştirak ediblər.

Panelin çıxışçıları arasında Rəşad Xalıqovla yanaşı, Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Nurlan Kurmalaev, Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin idarə rəhbəri Kezban Akkurt, TÜBİTAK-TEYDEB-in sədr müavini Alp Eren Yurtseven, Özbəkistanın İnnovativ İnkişaf Agentliyinin direktorunun müşaviri Timur Azamov yer alıb.

TDT-nin Baş katibi çıxışında təşkilatın davamlı inkişafın və yaşıl texnologiyaların irəlilədilməsinə sadiqliyini bir daha təsdiqləyib. O, 2024-cü ilin noyabrında imzalanmış TDT–UNIDO Birgə Bəyanatını təmiz enerji, dairəvi iqtisadiyyat, KOB-ların dəstəklənməsi və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın gücləndirilməsi üçün mühüm mərhələ kimi qiymətləndirib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən olan nümayəndələrin iştirakını xüsusi vurğulayıb.

Kubaniçbek Ömüraliyev Türk dünyasının həm qlobal iqlim fəaliyyətinə töhfə verən, həm də təmiz innovasiya mərkəzinə çevrilmək iddiasını xüsusi qeyd edib.

İclasda çıxış edən Rəşad Xalıqov bildirib ki, İRİA ölkədə təbiət dostu texnologiyalarının tətbiqi ilə dayanıqlı rəqəmsal ekosistem formalaşdırıb. Bu baxımdan “mygov”, “digital.login”, rəqəmsal sənəd dövriyyəsi və “digital.bridge” kimi rəqəmsal həllərin həm vətəndaşyönümlü xidmətlər yaratdığını, həm də ətraf mühit üçün müsbət təsirini qeyd edib.

Çıxışında iqlim innovasiyaları və regional əməkdaşlıq mövzusuna da diqqət çəkən R.Xalıqov İRİA tərəfindən həyata keçirilən təşəbbüslər vasitəsilə “yaşıl texnologiyalar” yaradan startapların dəstəkləndiyini bildirib: “Türkiyənin Vivekavə Sabancı ARF ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “4+1 ClimAccelerator” proqramı iqlim innovasiyalarının inkişafında mühüm addım oldu. Proqram çərçivəsində 14 ölkədən, o cümlədən TDT-dan 150-dən çox müraciət qəbul olunub, 56 startap B2B görüşmələrdə iştirak edib, 10 innovativ həllCOP29-da təqdim olunub”.

Müzakirələr sahibkarlıq ekosistemlərinin gücləndirilməsi, müəssisələrin dəstəklənməsi, eləcə də inklüziv enerji keçidinin irəlilədilməsi istiqamətində davam edib.

Panel iştirakçıları bərpaolunan enerji layihələrini, innovativ texnologiyaların inkişafını və ekoloji dayanıqlılıq sahəsində regional əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Qeyd edək ki, bu proqramlarda iştirak edən Azərbaycan startapı “AZIRRIGATION”in, həmçinin Azərbaycan və Türkiyədən olan təsisçilərin yaratdığı “Wastespresso”nun hər biri 50 min avro investisiya qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri