İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbul, 16 oktyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində güclü yağışların səbəb olduğu sel və daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum təbii fəlakətlə bağlı keçirilən Koordinasiya Toplantısında bildirib.
Nazirin sözlərinə görə, İstanbulda 48 torpaq sürüşməsi hadisəsi qeydə alınıb, güclü yağışlar nəticəsində 53 istinad divarı uçub. Koordinasiya mərkəzinə ümumilikdə 9 min 755 müraciət daxil olub, müvafiq qurumlar onların 7 min 800-nə operativ müdaxilə ediblər.
Murat Kurum qeyd edib ki, yalnız Ayazağa ərazisində 300 iş yerinə və 200 avtomobilə dəymiş ziyan müəyyənləşdirilib.
Nazir bildirib ki, dəymiş ziyanın qiymətləndirilməsi işlərinin həftəsonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, təbiət hadisəsi ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İstanbulda köməksiz vəziyyətdə qalan 3 min 55 nəfərin xilas edildiyini deyib.
Hazırda İstanbulda 5, Kocaeli vilayətində isə 1 nəfərin axtarışları davam etdirilir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 16 Oktyabr 2026 07:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















