Icma.az
close
up
RU
İstanbulda sənədli filmlər festivalında Aynur Sofiyevaya həsr edilən filmin təqdimatı olacaq

İstanbulda sənədli filmlər festivalında Aynur Sofiyevaya həsr edilən filmin təqdimatı olacaq

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbul, 30 oktyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin “TRT AVAZ” telekanalı tərəfindən hazırlanan “Yüzler” (“Simalar”) adlı sənədli filmin çəkilişləri başa çatıb. Artıq “TRT AVAZ” kanalında yayımlanan layihə noyabrın 6-da İstanbulda keçiriləcək “16-cı TRT Sənədli Filmlər” festivalının rəsmi mərasimində geniş ictimaiyyətə təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, “Yüzler” layihəsinin birinci bölümü Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrossmeyster, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya həsr olunub.

Bununla bağlı məlumat verən filmin rejissoru Murat Ocak bildirib ki, “Şahmat taxtasının şahzadəsi” adlı bu bölümdə Aynur Sofiyevanın uşaqlıq illərindən başlayaraq, dünya miqyasında tanınan bir şahmat ustası və sahəsi üzrə liderlik mövqeyinə qədər yüksələn həyat yolu əks etdirilib. Eyni zamanda filmdə şanlı Zəfər qazanan, müasir Azərbaycanın mədəniyyət, texnologiya, idman kimi sahələrdə inkişafına yer verilib. Ekran əsəri şahmat metaforası ilə Azərbaycanın müasir simasını, Bakının futuristik məkanlarını və mədəni zənginliyini də əks etdirir.

Filmin Bakıda baş tutan çəkilişləri Bakıda bir çox məkanları əhatə edib.

Türk dövlətlərində elm, incəsənət, idman və digər sahələrdə uğur qazanmış qadınların həyatı, Türk dünyası xanımlarının gücünü və ilhamverici hekayələrini ön plana çıxarmağı hədəfləyən layihənin əlaqələndiricisi “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında yayımlanan “Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı Səidə Ömərdir.

Qeyd edək ki, noyabrın 6-dan 9-dək davam edəcək festivalda Azərbaycanı əhatə edən iki filmin nümayişi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see418

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see261

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see200

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see183

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see178

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see176

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see165

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see145

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see143

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri